12px14px16px18px

Vüqar Səfərli: “Jurnalistlərin binası 2013-cü ilin sentyabrında təhvil veriləcək”

01:01 / 04.05.2012
“Jurnalistlər üçün inşa edilən bina 2013-cü ilin sentyabrında təhvil veriləcək”. APA-nın məlumatına görə, bu fikirləri KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, mənzillərin bölgüsünə də 2013-cü ildən başlanacaq: “Hazırda binanın 10-cu mərtəbəsində tikinti gedir. Bina tam hazır olandan və təmir işlərinə başlanıldıqdan sonra mənzillərin paylanması üzrə texniki işlərə start veriləcək”.
V. Səfərli qeyd edib ki, mənzillərin jurnalistlərə verilməsi üçün əvvəlcə meyarlar müəyyənləşdiriləcək: “Bunun üçün jurnalistlərdən fərdi qaydada sənədlərini təqdim etmələri istəniləcək. Heç bir mətbuat orqanı jurnalistə təqdimat verə bilməyəcək. Sənədlər təqdim olunduqdan sonra fondda formalaşdırılan komissiya həmin sənədləri araşdıracaq və yekun qərar verəcək”.



Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar