12px14px16px18px

Jurnalist Xədicə İsmayıl hüquq-mühafizə orqanlarına müraciət edib

00:42 / 10.03.2012  
“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayıl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya açıqlamasında jurnalist özü məlumat verib. Xədicə İsmayıl qeyd edib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət ona qarşı şantaj əməli törədən şəxslərlə bağlıdır: “Hüquq-mühafizə orqanlarından məni şantaj edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişəm”. Qeyd edək ki, Xədicə İsmayıl martın 7-də onun yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəldiyini bildirib. Jurnalistin söylədiyinə görə, məktubda intim xarakterli şəkillər və hədələr yer alıb.


Bu yazı ( 209 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar