12px14px16px18px

Bu gündən Azərbaycanda hava kəskin soyuyacaq

BAKIDA SULU QAR, BƏZİ RAYONLARDA QAR YAĞACAQ

14:20 / 08.03.2012
Bakı və Abşeron yarımadasında martın 8-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-5 dərəcə isti olacaq.
Martın 9-da günün ikinci yarısında havanın yağıntılı olacağı, axşama doğru isə sulu qara keçəcəyi gözlənilir. Qərb, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacaq. Martın 8-də respublikanın şimal rayonlarından başlayaraq havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Martın 9-da havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərədə isti, dağlarda gecə 7-12 dərədə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.





Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar