12px14px16px18px

QHT-lərə Dövlət Dəstəyi Şurasında seçki keçirildi

02:10 / 03.03.2012
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT qrupunda seçkilər keçirilib. Şuradan APA-ya verilən məlumata görə, şura sədri Azay Quliyevin də qatıldığı seçkilərdə qeydiyyatdan keçmiş 77 QHT nümayəndəsindən 75 nəfəri iştirak edib. Qrupdan şura üzvlüyünə seçiləcək 3 yerə 13 iddiaçı olub. QHT nümayəndələri qarşısında öz platformasını açıqlayan şura üzvlüyünə namizədlərdən Aydın Əbilov (Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri), Etibar Əliyev (XXI Əsr Təhsil Mərkəzinin sədri), Salam Əliyev (Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri), Adil Əsədov (Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri), Fariz Xəlilli (“Miras” İctimai Birliyinin sədri) və Cavid Camalov (namizəd Məhərrəm Zülfüqarlının təmsilçisi) Azay Quliyevin xidmətlərini vurğulayaraq öz namizədliklərini onun xeyrinə geri götürüblər. Seçkidə 3 yerə 6 namizəd mübarizə aparıb. İki namizəd eyni sayda – 6 səs topladığı üçün onların arasında püşkatma keçirilib və qalib müəyyənləşdirilib. Beləliklə, seçkilər aşağıdakı nəticələrlə yekunlaşıb: Quliyev Azay Əjdər oğlu (Milli QHT Forumu tərəfindən namizədliyi irəli sürülmüş) – 70 səs; İsgəndərov Sərdar Yusif oğlu (Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin sədri) – 8 səs; Yusifli İlham Məmməd oğlu (Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının namizədi) – 6 səs.


Bu yazı ( 204 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar