12px14px16px18px

AMİP və Müsavat rəhbərliyi görüşüb

02:09 / 03.03.2012  
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ölkənin aparıcı müxalifət partiyalarının rəhbərləri ilə görüşləri silsiləsindən növbəti görüş Müsavat Partiyası rəhbərliyi ilə keçirilib. AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Partiyasının qərargahında baş tutan görüşdə AMİP-dən partiya sədri Yusif Bağırzadə, Mərkəzi Şura sədri Rəşad Bayramov, Mərkəzi Şuranın sədr müavini Nigar Əlicanlı, Müsavatdan isə partiya başqanı İsa Qəmbər, Məclis sədri Arzu Səmədbəyli və başqan müavini Gülağa Aslanlı iştirak ediblər. Görüşdə AMİP və Müsavat, eləcə də ümumilikdə aparıcı müxalifət partiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub.


Bu yazı ( 185 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar