Dan yeri qanla sökülən Şuşam...
Mina RƏŞİD
01:25 / 11.05.2012...Xəbərlər yaman həyəcanlıdı, Şuşanın işğalına ...5 gün, sonra 4 gün, 3 gün, 2 gün və nəhayət 1 gün qalıb! Şuşa fəryad edir, köməyə çağırır. Bir döyüşçü söyləyir ki, bu çətin anlarda qoy Qarabağ Azərbaycanın paytaxtı olsun, axı bundan biz nə itiririk ki? Amma dinləyən kimdi, Bakıda vəzifə davası gedirdi onda... Şuşa köməksiz qaldı, igid döyüşçü oğulların səsinə səs verən tapılmadı. Amma onlar geri çəkilmədilər, sonadək vuruşdular, çoxu şəhid oldu əllərində silah, dilində Şuşa fəryadı...Beləcə 1992-ci il mayın 8-də möhtəşəm memarlıq və incəsənət abidələri ilə zəngin Xan qızı Natəvanın, Vaqifin, Üzeyirin, Xanın... ana yurdu –göz bəbəyi Şuşa sonadak mücadilə aparsa da düşmən əlinə keçdi. Havası, suyu dərdlərə dəva, əsrarəngiz gözəlliyi dillərdə dastan olan Şuşa... Bundan sonra da Şuşa həsrəti başladı. Həsrəti gözündə dünyasını dəyişənlərin sayı artır, qalanların ürəyini görməyə ürək lazım... Və qələmlə cihada başladı həqiqi söz adamları. İndi adını çəkəcəyim şairi bəlkə çoxu tanımayacaq. Əvvəllər Şuşada yaşayıb-yaradan, sonra sanki özündən, sözündən küsüb içinə çəkilmiş, həsrəti ilə baş-başa qalan, nə isə bir tutarlı iş görməyə çalışan, yaşayan, yaşadan, yanan şairdi Əli Mahmud. Pafosdan, qalmaqaldan uzaq, təmənnasız, xeyirxah bir adam. Uzun illər “Qarabağ” qəzetində çalışan, sonra özü də “Qarabağa aparan yol” adlı qəzeti ilə oxucuya ürəyini açan, yurddaşlarına, dərddaşlarına bir az da yaxın olan şair...
Çoxdan, bəlkə on il əvvəl olar onun bir şerini oxumuşdum. “Şuşada nəyim qaldı ?”
Kişnərtisi qızıl qayada qovulub itənTövləsi, axuru sökülmüşNalları tökülmüşYüyəni, yəhəri yandırılmışİnadı sınldırılmış kəhərim....Bağrıqan dağının üstündəbir əlçim yağışsız buludumsegahı yarımçıq kəsilmiştankların tırtılı altındanalə çəkə-çəkə əzilmişkamanım, udumürəyim, gərəyim, duzum, çörəyim......Düz 20 il oldu Şuşa həsrətinin yaşı. Bir igidin ömrü. Amma sağalmayan yarası var bu həsrətin. Çünki Şuşanın dolama yollarında ayaq izim var. Könlümdə havası olduğundan gözlərimdə ümid qığılcımları da var... May ayında dərdi ilə birgə doğulan şair özünə-özümüzə inanır, daha oturub kimisə, nəyisə gözləmir......Zülmət olsa, duman olsa, qar olsa,Ürəyimi məşəl edib yandırım.Baş qoyduğum bir müqəddəs amalsa ,Qandalımı inadımla sındırım –deyir. Elə bu müqəddəs amal uğrunda bizlərə yumruq kimi birləşib bir olmaq qalır. Yoxsa Şuşanın o dolama yollarında büdrəyər, dumanında qeyb olarıq...Bu yazı ( 157 ) - dəfə oxunmuşdur