12px14px16px18px

Rəqəmsal rəssamlıq

Elçin Muxtar ELXAN
12:31 / 05.05.2012
Məlumdur ki, bir zamanlar böyük şöhrət tapmış ağ-qara foto və kino sənətləri ötən yüzilin ortalarında öz yerlərini rəngli foto və kinoya ötürmüşlər. Elə həmin çağlarda, meydana “televiziya” sənəti, onun ardınca isə, “video, kompüter və İnternet” atılmış və əslində bununla demək olar ki, Yer üzündə “elektron erası, kompüter kultu” başlanmışdır.
Bu gün həyatımızı, işlərimizi televiziyasız, kompütersiz, mobil tele-fonsız təsəvvür etmək qeyri-mümkündür. Həmən elektron cihazlar bir an dayanarsa, aydın işdir, planetimizdə həyat, sanki havasızlıqdan bo-ğularaq büsbütöv donub qalar. Dünyanın bir çox tanınmış mütəxəssisi bu vəziyyəti kütləvi “kompüteromaniya” xəstəliyi kimi qələmə versələr də,bu, qaçılmaz bir həqiqətdir.
Çox vaxt bizə elə gəlir ki, bu elektron cihazlarını biz insanlar idarə edirik. Amma əslində, onlar bizi idarə edirlər, demək olar ki,artıq yarım-əsrdir ki, biz onların torunda,əsiriliyindəyik. Televiziya, kompüter və internetşəbəkəsi vasitəsilə bizim günlər insanlara yeni əxlaq normaları, insanlar arasındakı ünsiyyət və yaşama qaydaları, hətta xörək bişirmək yollarıvə s. təlimatlar çatdırılır.
Başqa sözlə desək, elektron cihazlar bu gün dünyada, necə deyərlər “hakimi-mütləq” olub meydan sulamaqla, biz insanları nəzarət altında caxlayırlar. Odur, hal-hazırda yeni-yeni peyğəmbərlərin, “Bibliya” və “Quran” kimi müasir müqəddəs kitabların yer üzünə “nazil olması”na heç bir ehtiyac yoxdur. Artıq onları ki, televizor, internet,kompüter və Notbuklar əvəz edirlər.Bu gün,əsas etibarilə zirzəmilərdə yerləşən müasir İnternet klubları keçmişin kilsə, məscid və digər ibadətxanaları əvəz etməkdədirlər ki, orada deyək ki “ulu və müqəddəs Kompüterə” ibadət olunur.
Və nəhayət bəlli olsun ki, bu yaxınlarda ABŞ-ın bir neçə ştatındakı məktəblərin birinci siniflərində uzun zaman adət etdiyimiz ənənəvi yazı-pozu tədrisi ləğv edilmiş və şagirdlər ilk yazılarını birbaşa kompüterdə yazmağa başlamışlar. Güman etmək çətin deyil ki, bu “tədbir” yaxın illərdə tədricən bütün planetdə həyata keçirıləcəkdir.
Ən başlıcası, televiziya və kompüterin indiki “hökmranlıqı” çox qısa bir zamanda ənənəvi musiqi, ədəbiyyat, teatr, rəssamlıq və qeyri sənət növlərinə olduğca güclü təsir göstərmiş və nəticə etibarilə, həmən sənətlər özlərinin əvvəlki nüfuz və şan-şöhrətlərini demək olar ki, artıq itirmişlər. Belə ki, bizim günlər hər evdə qoyulmuş televiziya, video və kompüter cihazları bir vaxt dəbdə olmuş ənənəvi sənət növlərini əvəz etməklə onların tamaşaçılarıni əllərindən almışlar. Nəticədə, bu gün nəşr olunan qalaq-qalaq kitab, jurnal və qəzetləri çox az adam alıb oxuyur.Vaxtilə və hal-hazırda yazılmış roman və pyeslər, əslində bu gün xarici və yerli seriallar şəklində, daha mükəmməl və cəlbedici halda evdə oturan televiziya tamaşaçılarına təqdim olunurlar. Təbiidir ki, bundan sonra muzey və sərgi salonları, teatr və kino-teatrlarda tamaşaçıların, kitabxanalarda isə, oxucuların sayı kəskin dərəcədə aşağı enir və getdikcə aşağı düşməkdədir. Düzünü desək, bu prosesin qabağını almaq heç cür mümkün deyil. Bu inkaredilməz bir reallıqdır.Bu,çox önəmli vəziyyəti unutmayıb gündəlik işlərimizdə, yaradıcılıq prosesində hökmən nəzərə almalıyıq.
Televiziya və kompüter, əgər belə demək olarsa,ən güclü zərbəni müasir rəssamlıq sənətinə vurmaqdadır. Belə ki, uzun bir müddət televiziya ekranınin “rəng alıb rəng verən” görüntülərinə adət etmiş tamaşaçılar istər-istəməz hər bir görüntü, hər bir təsvirdən hərəkət, təbii rənglər və səs tələb edirlər. Onlar istərdilər ki, adət üzrə muzey və sərgi salonlarında asılmış rəssamlıq tablolarındakı insan fiqurları, televiziya ekranında olduğu tək, hərəkətə gəlib danışsınlar, mənzərələrdəki şəlalələrin, dəniz sularının şırıltısı eşidilsin və s. Odur, vaxtilə və yaxın keçmişdə böyük şöhrət tapmış rəssamlıq əsərləri müasir tamaşaçılara cansız, ölü görünüb donmuş kinokadr təəsiri bağışlayaraq onları həmin rəsm əsərlərinə, ümumiyyətlə sərgi salonları və muzeylərə biganə qoyub uzaqlaşdırır.
Bizim günlər elə bir rəsmi tədbir, elə bir simfonik və ya estrada konserti, yaxud teatr tamaşası yoxdur ki, oradakı səhnə arxasındakı ekranda kompüter vasitəsilə daima hərəkət edən müxtəlif rəngli naxış və ya real təbiət təsvirləri, müxtəlif mənzərələr işıqlanmasın, onlarsız hər bir kütləvitədbir tamaşaçıya darıxdırıcı görünür. Başqa sözlə desək, artıq bunlara alışmış müasir tamaşaçı bu gün hərəkət edibmusiqi ilə müşayiət olunan mütəhərrik rəsm əsərlərinə, deyək ki, “rəsmli video-klip”lərəüstünlük verir.
Həmçinin, televiziya və kompüter rəsm əsərlərinin ölçülərinə də əməlli-başlı təəsir göstərməkdədir. Görürsən ki, kiçik bir minyatür əsəri ilə monumental bir divar rəsmi, tutalım Soltanməhəmməd Təbrizinin kiçik bir minyətürü və Mikelancelonun nəhəng divar rəsmi, yaxud İ.Repinin hər hansı bir rəngkarlıq tablosu eyni ölçülərdə, yəni dəyişilməz televiziya ekranıölçülərində və ya kağız üzərindəki reproduksiya halında göstərilərək həmin əsərlərin həqiqi ölçüləri və işlək materiallarının artıq əhəmiyyətsiz olduğunu, daha doğrusu tam itirildiyini nümayiş etdirir. Halbuki vaxtilə hər hansı bir rəsmin ölçüləri, onun qrafika, yaxud yaqlı boya əsəri olması ciddi və prinsipal önəm daşımışdır. Müasir tamaşaçının rəssamlıq əsərlərinin əsl ölçülərinə biganə qalmasını yəqin ki, bununla izah etmək olar.
Açıqını deyək, müasir rəssamlıq əsərlərinin ölçüləri həqiqətdə də get-gedə kiçilməkdədirlər.Hal-hazırda 100-150 rəsm əsərinin slaydlarınıkiçik bir kompüter diskinə köçürüb dünyanin hər hansı bir yerinə apararaqoradaonları istənilən salonda, iztənilən ölçülərdə ekran və monitorlarda nümayiş etdirmək mümkündür.
Bir sözlə,bu gün hər şey öz məcrasını dəyişib. Belə ki,bu vaxta kimi “fırça-qələm və boya”,bir qayda olaraq sənətçi rəssamların əsas işləmə aləti və materialı sayılmaqda idi.Bizim zamandaki texniki tərəqqı sənətçilərə özünəməxsus bir “firça-qələm”,deyək ki elektron boyaları spektri ilə zəngın “kompüter qrafikasi”, yaxud “rəqəmsal rəssamlıq” adı daşıyan yenı bir təsvir sənəti növü bəxş etmışdır.
Belə ki, uzun zaman rəssamlıq sənətində istifadə olunan və bir adət olaraq dələ tüklərindən hazırlanmış müxtəlif ölçülü fırçalar, çeşidli boyalar və kağız-kətanı kənara atmış dünyanın bir para rəssamları bizim günlər rəqəmsal kompüter texnologiyasına yiyələnərək genişformatlı monitorlarıöz “tablo”larına çevirməkdədirlər. Bu işdə ənənəvi “fırça-boya”nı, bir qayda olaraq, “3D Studio Max”, ”Adobe Photoshop”, “ACDSee” və bu kimi qrafik kompüter proqramları əvəz edirlər.
Bununla belə, bir para mütəxəssislərin fikrincə, rəqəmsal rəssam-lıqda, güya xüsusi enerjisi olan kətan, boya və sənətçi barmaqlarına ehtiyac yoxdur, guya orada yaradıcı rəssamın fırça-qələminin izlərini görmək, tablolardakı boyaların “ətrini qoxumaq” mümkün deyil. Xəttlər, cizgilər, elektron boyalar kompüter cihazının yaddaşındadır, yaradıcı sənətçinin yalnız proqramlaşdırılmış beyni və gözləri “rəssamdır”, barmaqları isə, emosiyasız soyuq plastmas klavişlər üzərində gəziş-məkdədir. Sən demə, rəqəmsal rəsmlər büsbütöv texnologiyadan asılı olub “mahir sənətçi əli dəyməmiş” ruhsuz bir mexaniki konveyerin məh-suludurlar. Bu səbəbdən, kompüter vasitəsilə ərsəyə gətirilmiş rəsm əsərlərini və ümumilikdə,“rəqəmsal rəssamlıqı” təsvir sənəti və ya bu sənətin növü adlandırmaq olmaz və s.
Qətiyyətlə demək olar ki, bunlar tam yanlış və köhnəlmiş mühafizəkar mülahizələrdirlər. Məgər, uzun bir tarixi zaman fırça-qələm, yağlı boya və kətan ənənəvi rəssamlıq əsərlərini yaratmaq işini yüngülləşdirib təkmilləşdirməkdə sənətçiyə yardım edən bir vasitə, alət və material olmamışdırmı? İbtidai dövrün rəssamları belə, rəsmlərini əl və barmaqları iləçəkməmiş, bundan ötrü müxtəlif köməkçi alətlərə müraciət etmişlər. Bəs onda niyə bu gün biz xörəyi dədə-babalarımız təki əllə, taxta qaşıqla deyil, metal qaşıqla yeyirik?
Əslinə qalarsa, heç bir musiqi əsəri öz-özünə yaranmaylb bu və ya digər çalğı aləti vasitəsilə səsləndirilməkdir. Onda gəlin, müasir musiqi aləti sayılan “sintezatoru” heçcür qəbul etməyib onun adət etdiyimiz ənənəvi musiqi alətlərindən çox uzaq olduqunu bıldırib kənara ataq.
İndinin özündə, tək-tük qələm sahibi tapılar ki, öz əsərlərini birbaşa kompüterdə yazmasın. Artıq meemarlar və müxtəlif sahələrdəçalışan dizaynerlər bu və ya digər layihəni hazırlamaqdan ötrü, bir qayda olaraq və ilk növbədə kompüterə müraciət edirlər. Musiqi bəstələyən musiqiçilər isə,deyək ki fortepianonun “soyuq klavişləri”nə toxunmadan kompüter vasitəsilə mürəkkəb musiqi əsərləri bəstələyirlər. Onda sual oluna bilər, niyəbu gün yaradıcı rəssamimkan yaranmışsa,kompüterdə rəsmlər “bəstələyib” slayd, disk və ya print-kseroks üsulu ilə onların surətini çıxarıb tamaşaçılara çatdırmasın? Yaxud, musiqi ilə müşayiət olunan rəsmlərdən videokliplər hazırlamasın?
Unutmayaq ki, rəqəmsal rəsm əsərlərini kompüter heç də bilavasitəözü yaratmayır. Əslində, bu cihazı onun arxasında əyləşmiş ənənəvi rəssamlıq sənətinə az-cox bələd olub bu peşədə müəyyən səriştə və təcrübə qazanmış yaradıcı şəxs-rəssam idarə edir. Kompüter və oradakı rəqəmsal qrafik proqramlar isə, yalnız və yalnız yaradıcılıq işi üçün uyğunladırılmış və bu işi xeyli asanlaşdıran çox mükəmməl və mürəkkəb köməkçi alətdir. Həqiqətdə bu proqramların imkanları müasir yaradıcı insanın qabiliyyətindən qat-qat güclü, geniş vəçoxşaxəlidir.Oradakı mürəkkəb və ağlasığmaz effektlər, çeşidli filtrlər, zəngin elektron boyalar, işıq-kölgə,müxtəlif cizgi, biçim və strukturların hədsiz-hüdudsuz kombinasiyaları, onların uyarlıqı nəhayətsizlik və tam sərbəstlikdən xəbər verir. Burada “mahir sənətci əlinin dəyməsi və boyaların ətrinə” (bunların mətləbə nə dəxli) heç bir ehtiyac yoxdur. Əslinə qalarsa, müasir tamaşaçını bu və ya digər yaradıcı şəxsin,əsas etibarilə özünəməxsus təxəyyülü, rəng duyumu, sənətinə qeyri-adi münasibəti və təsəvvür edilməz obrazları maraqlandırır və o, rəssamın əsərindəki deyək ki, “rənglərin rəqsi,biçim və cizgilərin oyunu”ndan ayrıca bir zövq, ləzzət almaq istəyir.
Əslində, “Burada hər şey mümkündür” devizi, demək olar ki, bizim dövrün və yəqin ki, gələcək zamanların rəqəmsal rəssamlıqın ümdə devizidir. Odur, bu işlə yalnız böyük sənət təcrübəsi olan rəssamların məşğul olması daha məqsədəuyğun sayılır. Kompüterdə ərsəyə gətirilmiş əsərlərlə tanış olduğda bu cəhət açıq-aşkar özünü göstərir.
Elə bu başdan deməliyik ki, müasir təsvir sənətinin bu yeni növü təmtəraqsız, reklamsız ortaya çıxmışdır. İlk çağlar kompüter proqramları vasitəsilə rəsm əsərləri ərsəyə gətirmək işini ənənəvi fırça-qələm ilə işlənmişəsərlər yaratmaqdan daha asan olduğunu (əslində bunun nəyi pisdir?) zənn edənlər, sonralar həmin vasitə ilə meydana gətirilmiş uğurlu əsərləri seyr etdikdə,bir qayda olaraq tam başqa nəticəyə gəlir, rəqəmsal rəssamlıqın axır nəfəsədək əsl yaradıcılıq olduğunu bildirirlər.
Onu da bilməliyik ki, hal-hazırda Kanada vətəndaşı olub uğurlu rəqəmsal rəsmlər bəstələyən Corc Qriye adlı çox müqtədir birrəssamın (əsl adı Yuri Qribanovski olan əlli yaşlı bu sənətçi sabiq SSRİdə doğulmuş, sonralar Kanadaya köçmüşdür) son illər Sankt-Peterburq, Helsinki, London və digər şəhərlərdə keçirdiyi uğurlu sərgiləri çoxsaylı tamaşaçıları hədsiz heyran etmiş və rəssama böyük şöhrət gətirib,istər-istəməz iddialı mütəxəssisləri bir daha rəqəmsal rəssamlığın həqiqətən ağlasığmaz imkanlara və uğurlu gələcəyə malik olduğuna inandırmışdır.
Bu gün tam inam və qətiyyətlə demək olar, “mahir sənətçi əli dəyməyib,xüsusi enerjili boyaların ətrini qoxumaq mümkün olmayan” və fırça-qələmsiz ərsəyə gətirilən rəqəmsal rəssamlıq,qocaman təsvir sənətinin tam hüquqlu bir varisi və sələfi kimi, heç nəyə baxmadan inkişaf edib təkmilləşməkdədir. Çünki gerçək zamanın ona hədsiz ehtiyacı var.
Elçin Muxtar ELXAN


Bu yazı ( 177 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar