12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
02:38 / 18.02.2012
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi  
Samir Mirzəyevdir.Əsərləri Üçüncü cild (1915-1916)

Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)
 
İcmali-əhval
Müharibə meydanları əvvəlki həftələrdən o qədər də fərqli olmadı. Bu həftədə demək olar ki, hər yanda sükut keçdi. Bu sükut həqqi bir çox əsgəri mühərrirlərə “sükut”un əsbab və illətlərini araşdırmaq marağını verdi. Bunlardan bir qismi “sükut”da böyük bir müharibənin tədarükünü görüyorlar. Onlarca bu sükut bahar günündə birdən-birə qalxan fırtınanın qabaqca görülən sükutuna bənzəyir.
Sükut dedigimiz şübhəsiz ki, böyük dünya müharibəsinin bizi adət etdirdigi dəhşətli vaqeələrinə nisbətlə təyin elədigimiz nisbi bir təbirdir. Yoxsa həftə tamamilə müharibə vaqeələrindən xali degildir. Bir tərəfdən Serbiya toprağının serb ordusundan tamamilə boşaldığı, digər tərəfdən də Bağdad yanında ingilislərlə osmanlılar arasında vaqe olub da birincilərin məğlubiyyəti ilə qurtaran müharibə bu həftənin məhsuludur.
Son zamanlarda İran siyasəti üzərində mühüm bir təsir oyandırmaq qəsdilə ingilislər Şəttül-Ərəbdə işlənən xırda hərb gəmilərinin təyidi ilə ta Bağdad yaxınlarına qədər irəliləmiş, bir növ Bağdadı mühasirəyə almışlardı. Bu hal İran ilə Türkiyəyi biri-birindən ayrıyor və Girmanşahdakı Osmanlı alman qüvvələrinin qayıdış yollarını bağlıyordu. Türklər sovq-əlceyş nöqteyi-nəzərindən böyük bir xətt təşkil edən bu halın eyni zamanda siyasətcə də bir təsir verəcəgini nəzərə alaraq, haman Bağdada imdadiyyə göndərmişlər və Kinzbuquna qədər irəliləmiş olan ingilisləri geri çəkilmək məcburiyyətində bulundurmuşlardır.
İrandan gələn teleqraflar Bağdaddakı bu vaqeədən Türkiyə və Almaniya müşviqlərinin nə surətlə istifadə etdiklərini göstərməkdədir. Bu günkü teleqraflar dəxi Almaniya – Türkiyə ərkani-hərbinin Bağdad tərəflərinə böyük bir əhəmiyyət verdiklərindən xəbər veriyorlar. Oraya kilitli ordu ilə ağır toplar göndəriliyor, buna görə də İstanbul – Berlin yolunun açılması ilə gözədilən “Şərq siyasəti” bu surətlə tətbiq olunmağa başlamışdır – deyə, hökm vermək olar.
İstanbul – Berlin yolunun açılması ilə əlaqədar olan məsələrdən birisi də Misir səfəridir. Bu həftə bu xüsusa aid bəzi xəbərlər gəldisə də, Süveyş kanalında ciddi bir hərb gedişinin başlamış olduğu daha eşidilmədi.
Yaxın Şərq meydanlardan göz götürüb bir az da uzaq üfüqlərə baxsaq, Şərqin böyük və geniş imperatorluğunu təşkil edən Çin toprağında da tökülməgə başlanan qanların Uzaq Şərq üfüqinə qırmızılıq verdigini görəriz. Keçənlərdə Çin rəisi – cümhuri Yu Anşiqayın məmləkət üsuli-idarəsini dəyişmək fikrində olduğunu yazmış və bundan daxili məmləkətdə ixtilal çıxmaq etimalı olduğunu söyləmişdik. Bu ehtimal iştə keçən həftə bir əmri vaqe şəklini aldı. Şanqhay cümhuriyyətçiləri üsyan qalxızaraq dövlət tərsanələrini topa basmışlardır. Demək ki, Çin daxilində böyük müşkülatlar çıxaracaq bir hərəkətin müqəddəməsini elan edən toplar partlamışdır. Əlbəttə, bu partlayıcılar etilaf dövlətlərinin Şərqi-Əqsa müttəriqi olan Yaponiya hökuməti üçün bir məşğələ təşkil edəcək. İştə bu gün üçün nədi ki, Yaponiya hökuməti bütün etilaf dövlətləri ilə bərabər Yuanişqayın başına ağıl qoyub təbdil dövlət məsələsindən kəndisini vaz keçirtmək istiyorlardı.
Müharibə meydanlarından göz qaytarıb da siyasət aləminə baxacaq olursaq, həftənin ən mühüm siyasi ümidlərindən olmaq üzrə İtaliya parlamentində xariciyə vəziri Sanpito tərəfindən vaqe olan bəyanı qeyd etməliyiz.
Sanpito bu bəyamında İtaliya siyasəti həqqində əfkari-ümumiyəyi işıqlandıracaq yeni bir şey söyləməmiş, yalnız onsuz da yaxşı məlum olan vaqeələri birər-birər saymışdır. İtaliya siyasətinin bundan bu yana nə kibi məslək və məram tutacağı həqqində də Sanpito bir söz söyləməmişdir. Sanpitonun bəyanı içində şayani-əhəmiyyət bir nöqtə varsa, o da İtaliyanın da ingilislərə, Fransa və Rusiya dövlətləri tərəfindən 1914-cü ilin avqustun 22-də elan olunub sonra Yaponiya tərəfindən də imza olunan bəyannaməyə rəsmi surətdə ilhaq etmiş olmasıdır.
Məlum olduğu üzrə bu bəyannamə ilə fövqəlzikr dövlətlər biri-birindən ayrı olaraq sülh imza etmiyəcəklərini təəhhüd eləmişlərdir.
Bu surətlə son zamanlarda İtaliya siyasəti həqqində şayə olub da məzkur dövlətə Almaniya tərəfindən təklif olunan sülhün ədəmi-müvəffəqiyyətlə nəticələnmiş olduğuna qənaət gətirmək olur.
Yunanıstan ilə Rumıniyanın bitərəflikdəki vəziyyətlərinə və İran ilə rus-ingilis dövlətləri arasında olan danışıqlara gəlincə, əhvalda keçən həftəyə qiyasla böyük bir təbdil olmadığını söyləməliyiz. Yalnız bu qədər vardır ki, bu həftə məzkur dövlətlərin tutmaq istədikləri xətti-hərəkətdə bəzi nikbinlərin düşündügi kibi bizə nisbət bir o qədər meyl və müvafiqət görülməməkdədir. Hətta Yunanıstan dövlətinin etilaf dövlətlərinə vermiş olduğu cavabı kafi görülməyib kəndisini təkrar abluqə etməklə təzyiq etməgə lüzum görülmüş. Buna qarşı da Yunanıstan nim rəsmi mətbuatında etilaf heyətinə şiddətli məqalələr nəşr olunmuşdur.
Türkiyə – Bolqariya – Avstriya və alman əskərləri tərəfindən get-gedə kəndisinin əhatə olunub da dəmir bir çənbər daxilinə düşməkdə olduğunu görən Rumıniya siyasiləri də Balkanlarda yarım milyon etilaf qüvvəsi olmayınca Rumıniya tutduğu vəziyyəti poza bilməyəcək – deyə qeyri-rəsmi bəyanlarla məram anlatmağa başladılar. Digər tərəfdən Almaniya – Avstriya, Bolqar və Türkiyə dövlətləri tərəfindən Rumıniyaya qarşı müştərək bir nümayiş icra olunacağı xəbəri arada dolaşıb durdu.
İranda tibqi Balkandakı bitərəf dövlətlər kibi bir vəziyyət alıb “fürsəti qənimət bilmək” siyasətindən mümkün olduğu qədər istifadə eləmək niyyətilə danışıqları uzatdıqca uzatmaq üsuluna müraciət etmişdir.
Əhvali-daxiliyədə bu həftə ən böyük əhəmiyyəti haiz olan xüsusi Dumanın təxir ictimai həqqində sadir olan iradeyi-imperatordur. Duma avqustun 30-da çıxan iradeyi imperatoriyə görə bu noyabr ayında toplanmalıdı. Fəqət büdcə təmamilə hazırlaşa bilmədigindən bairadəsinə Duma ictimainin büdcənin hazırlanması şərtilə başqa bir vaxta təliqi elan olundu.
Duma ictimainin təxirindən keçdikdən sonra keçirdigimiz həyacanlı günlərə görə təqsili qismi-məxsusimizdə dərc olunan sağlar ictimai dəxi daxili siyasiyyənin fövqəladə əhəmiyyətli göstərişlərindəndir.
Görünüyor ki, nə dünyavari müharibə bu adamların qara və əski beyinlərini hərəkətə gətirə bilmiş, nə də bütün Rusiya millətləri ilə Rusiya demokratiyasının bu müharibədə göstərdigi vətənpərvəranə istedadı bunların daş ürəklərini boşaltmışdır.
Fəqət bərəkət versin ki, sağların qara fikirləri artıq qabaqkı qiymətindən düşmüş “Novaya vremya” kibi əski tərəfdarları belə bu gün onların proqramından məmləkətə zərərdən başqa bir şeyi görməməgə başlamışdır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 27 noyabr 1915, №46
İran uzatması
İran hökuməti ilə rus və ingilis səfarətxanaları arasında davam edən danışıq uzandıqca uzanıyor.
İran kabinəsi, Şah ilə hökumətin İsfahana getmək qəsdini tərk ilə rus və ingilis dövlətlərinə qarşı dostanə bir bitərəflik elan etdigindən imdiyə qədər igirmi beş gün keçdigi halda İran bitərəfliginin qiyməti olacaq tələblərini hələ təmyin edib də səfarətxanələrə verməmişdir.
Bu xüsusdakı təxirin keçirdigimiz zamanın haiz olduğu xüsusiyyətlər nöqteyi-nəzərindən, rus və ingilis siyasəti üçün nə qədər xətərli olduğu aşkardır. Burasını nəzərə alaraq hər iki səfarət bu xüsusda İran kabinəsini tələsdirmək üçün lazım gələn siyasi təşəbbüsləri unutmamışlardır. Fəqət İran kabinəsi hər dəfə vaqe olan israrə bir növ bəhanə gətirərək cavabını bu gün – sabaha salmaqla işi bu qədər uzada bilmişdir.
Əvvəlcə İranın tələbləri mötədil olacaq – deyə düşünüldügü halda, gün keçdikcə bu tələblərin çox da mötədil olmayacağı meydana çıxıyor. Anlaşılıyor ki, sürüncəyə salmaqla, İran hökuməti, əlinə düşən fürsətdən layiqincə istifadə etmək istəyir. Öz qüvvət və iqtidarı degil, iki rəqib qüvvətlərin biri-birinə qarşı atdığı müvazinədən faydalanan İran görünüyor ki, nəyə isə intizar etməkdə və bu intizarın da böyük bir faidə ümid etməkdədir.
Zatən işi uzadıb da təbiri-məxsusla “vələl zalibə salmaq” Şərq diplomatiyasinin, ələlxüsus İranın tarixcə məsbət xasiyyətlərindəndir.
Şərq tələsmir, əcnəbi şeytan əməli bilir, halə bu kibi xüsuslarda təni və mətanətdə bərabər himayətdə arar.
Həm həqiqətən də məsələ uzandıqca İranın təmamilə başqa tələblərdə olduğu meydana çıxıyor. Görünüyor ki, İran hökuməti – hər nə surətlə olursa-olsun imdiki əhvaldan vaseh bir surətdə istifadə etmək istiyor. Görünüyor ki, cavan Şah elan edəcəgi bitərəflik bəhasinə böyük əmisi Abbas Mirzənin məğlubiyyəti nəticəsində bağlanmış olan Türkmənçay əhdnaməsinin yırtılması və qoca babası tərəfindən “abi-şorəst” – deyə tərk olunan Bəhri-Xəzərin qaytarılması kibi, ancaq İranın müzəffəriyyət qazandığı bir müharibə nəticəsində istəyə bildigi mühüm tələblər bəhanəsinə saqınmaq deməkdədir.
Şərq xəyal və həyatının mütəəssir və həssas olduğunu bilənlər bu tələblərin siyahisinə xəbəri mübaliğəli bir surətdə bütün İran vilayətlərinə dağılmış olan “Bağdad ricəti”nin böyük bir təsiri olduğuna şübhə etməzlər. Şübhəsiz ki, hər bir xüsusdan istifadə edən Almaniya – Türkiyə – Avstriya siyasiləri bu xüsusda geniş bir surətdə istifadə edəcək və İran diplomatları üzərinə icrayi-təsir eləmək üçün yeni vasitələr bulacaqlardır.
İran hökumətinin üçüncü dəfə olaraq təxir olunan tələbnaməsi keçən düşənbə günü görünməkdə ikən, bu günə qədər daha səfarətxanələrə verilməmişdir. Veriləcəgi təqdirdə belə bunun qəti və rəsmi bir qərar olmayacağı əvvəlcədən söylənməməkdədir. Çünki, böylə bir qərara gələ bilmək üçün məclisin dəvəti və onun təcvizi İran qanuni əsasi mövcibincə əlzəmdir. Demək ki, bir bu qədər təxirlərdən sonra veriləcək olan İran şərtləri, intizari-xitamə yetirəcək bir halda yenə yeni bir taqım uzatmalara meydan buraxmış olacaqdır.
İran dövlətinin bu surətlə uzatma oyununa girişdigi göstəriyor ki, rus və ingilis səfalətlərinə qarşı təmin etdigi bütün “hissiyyat və sədaqətlərinə” qarşı Qumda iclas edən “müdafiəyi-milliyyə” komitəsi ilə Almaniya-türk siyasətinə batini bir növcə və ümid bəsləməkdən hala ümid üzməmişdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 noyabr 1915, №47
İran qatışdı
İran hökuməti rus və ingilis səfalətlərinə verəcəgi tələb və şərtlərini yazıb qurtarmaq üçün hala möhlət istəməkdədir.
İran siyasiləri işi İran üsulu ilə uzadıb fürsət qazanmaqda ikən vaqeələr gündən-günə geniş bir dairə alıb böyüməkdə və Tehrandakı “sual və cavabları” heç də gözləməməkdədirlər.
Dünyanın ən qüvvətli dövlətləri tarixdə misli keçməyən bu zamanın təsirinə tabe ikən Tehran siyasətinin vəqaye və hadisələr üzərinə icrayə-nüfuz edəcəgini düşünmək, əlbəttə, düşüncəsizlik olurdu.
Bunun böylə olduğunu İran hökuməti dəxi dərk edib qəti bir qərara gəlmək istəmiyor, daha doğrusu, qəti bir qərara gəlməkdən ehtiyat ediyor.
Tehran böylə bir ehtiyat və tərəddüd içində boğulub qalmaqda ikən iki müariz tərəfin qüvvətləri haman üz-üzə gəlib İran xətti-hərbinin iləridəki qanlı vuruşmalarına müqəddimə olacaq bir neçə toqquşmalara səbəb olmuşlardır.
Qəzvindəki rus ordusu artıq İran hökumətinin rəsmi cavabını gözləmədən gündən-günə artmaqda olan düşmən hazırlıqlarına bir xatimə çəkmək üçün dava hərəkətlərinə başlamış və Həmədan ətrafında vaqe olan ilk müharibənin xəbərini teleqraflar aləmə yaymışlardır.
İran hökumətinin üzünə asi olub da, Sultan Bulağ sırtlarında iki həftədən bəri istehkamlar qayırmaqda olub da isveçli zabitlərlə Almaniya zabitləri idarəsində olan candarmlarla könüllülər ruslarla vaqe olan ilk görüşmədə davam gətirə bilməyib, tutduqları səngərləri də tərkilə geri çəkmək məcburiyyətində qalmışlardır.
Fəqət toqquşma yalnız Sultan-Bulağ istehkamlarında tökülən qanlarla qalmamış, Kürdüstanın böyük şəhərlərindən olan Sənədə dəxi iki müharib tərəfin tərəfdarları arasında dava olmuşdur. Rus və ingilis tərəfdarı olan İran kazakları Almaniya və Türkiyə tərəfdarları olan candarmlar, könüllülər və kürdlərdən ibarət bir qüvvətlə üz-üzə gəlmiş, bir neçə gün davam edən şiddətli və qanlı müharibələrdən sonra kazaklar mühasirəyə alınaraq Sənəni təslimə məcbur olmuşlardır. Digər mütəfərriq məlumatdan anlaşılır ki, Kirmanşahdan, Sultanabaddan və sair bir çox yanlardan almanlar tərəfindən tələm-tələsik hazırlanmış olan qüvvətləri haman Həmədan səmtinə yeriyorlar.
Almanlar şübhəsiz ki, yalnız İran cəmaətindən, ellərindən, mücahidlərindən tələm-tələsik bir surətdə vücudə gətirdikləri qüvvələrlə nizami rus qoşununa müqabil durmanın qabil olmadığını bilir. Buna görə də onlar tərəfindən Həmədan “meydani-hərbinə” göndərməkdə olduqları bu qüvvələri Türkiyə tərəfindən gözləməkdə olan müntəzəm orduların bir iş ahəngi və müqəddimətül-ceyş kibi görməlidir.
İngilislərin Bağdad səmtində düşmənin faiq bir qüvvəti qarşısında qalmaq surətinə geri çəkilmək məcburiyyətində qalmaları münasibətilə şayiə olan xəbərlərdən anlaşılır ki, Bağdad səmtinə geniş türk ordusu göndərilməkdədir. Bağdad dəmir yolu gecə-gündüz qoşun sövqinə və mühümmati – hərbiyə daşınmaqla məşğuldur.
İran hüduduna sövq olunmaqda olan Osmanlı qüvvətləri məşhur Qundər Evləc paşanın komandasında imiş. Əgər ingilislər vaxtilə Hindistandan lazım gələn qüvvəni gətirib də osmanlıları dayandıra bilməzlərsə, şübhəsiz ki, bu gün İran candarmları, könüllü dəstələri, kürd alayları və İran mücahidləri ilə toqquşmaqda olan rus qoşunları Almaniya zabitləri ilə idarə olunan və Almaniya topları və pulemyotları ilə silahlanmış bulunan müntəzəm türk ordularıyla ciddi müharibəyə girişmək məcburiyyətində qalacaqlar.
Tehrandakı siyasi danışıqlar istərsə nə qədər uzanırsa-uzansın, istərsə yarın bitmiş, qurtarmış olsun, rus əhvalından görünüyor ki, axırdan-axıra iki müntəzəm qüvvətin müharibəsinə İran toprağı qanlı bir meydan təşkil edəcək və başlanmış olan bu toqquşmalar dairəsi mütləq böyük müharibələrə qədər genişlənəcəkdir.
Demək ki, bu surətlə Qafqasiya cəbhəyi-hərbiyəsi Qara dəniz sahilindən tutub Xəlici-Farsa qədər İran siyasətindən daha uzun bir xətti-hərb təşkil edəcəkdir.
İştə, böylə böyük bir xətti-hərbdə tutulması lazım gələn mövqeləri əldən buraxmamaq üçün Qəzvindəki rus ordusu Tehranın bir dürlü zühura çıxmayan qərarını gözləməyib də hərəkati-hərbiyəyə başlamalıdır. Ehtimal ki, bu lüzuma qane olduğu üçün də hərəkati-hərbiyəyə başlamışdır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 30 noyabr 1915, №49
Qafqasiyanın ehtiyaclarından
Qafqasiyadakı millətlərin ümumi amal və arzularındandır ki, vilayətimiz Daxili Rusiyanın faydalandığı cəmaət müəssisələrindən məhrum buraxılmasın.
Məlum olduğu üzrə ölkəmiz bu günə qədər qeyri-mədəni, uzaq bir vilayət hökmü-təxtinə daxil olub zemstvo ali məktəb və məhkəməyi-üdul Daxili Rusiyanın çoxdan bəri istifadə elədigi müəssisələrdən məhrumdur.
1905 və 1906-cı illərin bəxş etmiş olduğu hürriyyət sayəsində ehtiyacəti-səhiyyədən bəhs etmək xüsusi bir dərəcəyə qədər hürriyyət bulduğundan yuxarıda zikri keçən məsələlər tərəqqipərvər Qafqasiya mətbuatının – milliyyət fərqi gözləmədən – ümumi və müştərək bir əməllərini təşkil etmiş oldu. Yalnız mətbuat degil, bu müəssisələr vaxtilə əfkari-amməcə dəxi qəbula keçmiş və bu xüsusda bir an əvvəl tətbiqi Qafqasiya – hökuməti – aliyəsi vasitəsilə Rusiya hökuməti-aliyəsindən istənilmişdi.
Məmləkətimizin ən müşkül günlərində canişin təyin olunub da 10 ildən ziyadə Qafqasiya səngi-zimam idarəsini əlində bulunduran Voronsov – Daşkov cənabları hüzuruna qəbul olunan digər heyətlər kibi, müsəlmanlar tərəfindən gedən heyət də bəyan edildigi arzu və əməlləri miyanında Qafqasiya üçün zemstvo, ali məktəb və məhkəməyi-üdul tətbiqinin lazım olduğunu qeyd etmişdi.
On il bundan müqəddəm, qafqazlılara vəd ounan bu mühüm nemətlər bu vaxta qədər daha tətbiq olunmamışdır.
Bunlardan yalnız ali məktəb məsələsi Tiflisdə politexnikum təsis etmək surətilə həll olunub digər iki məsələdən ötrü yalnız bəzi danışıqlar və layihələrlə iktiva olunmuşdur.
Böyük knyaz Nikolay Nikolayeviç həzrətlərini böylə mühüm bir zamanda istiqbal edən qafqasiyalılar, yenə bilafərq millət və məzhəb olaraq işinə haman əski arzu və əməlləri ilə istiqbal etdilər. Zemstvo ilə məhkəməye-üdula su ilə havaya olduğu qədər möhtac olduqlarını əyan və bu ehtiyacın rəfi üçün canişinin şəxsən şəxsilərinə ümidvar olduqlarını bəyan qıldılar.
Böyük knyaz kəndilərinə vaqe olan bütün bəyanlara qarşı Qafqasiyanın ehtiyaclarını ögrəndikdən sonra lazım gələn islahatın tətbiqi üçün təşəbbüs və təvəssüt edəcəgini bildirmişlərdi.
Bu günlərdə qəzetələrdə bir xəbər göründü ki, canişin həzrətləri dəftərxanələrindən Qafqasiyada zemstvo məsələsinə aid olan bütün övraq və vəsiqələri tələb etmişdir.
Bu xəbərlər göstəriyor ki, keçirdigimiz xarici əhvali-fövqəladə Qafqasiya hökuməti-aliyəsi nəzərində daxili bir taqım islahati-mühümmənin təxirinə bais olmayacaq və bütün qafqasiyalıların böyük arzularını təşkil edən müəssisələr tətbiq edilməgə başlanacaqdır.
Hələlik növbədə olub da həll və tətbiqi gözlənməkdə olan məsələ zemstvo məsələsidir.
Qafqasiyada zemstvo məsələsi son zamanlarda bir çox böyük məmurlar və Qafqasiyanı tanıyan rəsmi şəxslər tərəfindən vaqeə olan bəyanlardan anlaşıldığı vəchə əsasən şayani-qəbul görülüyorsa da Qafqasiyaya məxsus bir taqım xüsusiyyətlərə malik olmasına da ayrıca əhəmiyyət veriliyor.
Bu xüsusiyyət şübhəsiz ki, Qafqasiyada mövcud olan müxtəlif ünsürlərlə aralarındakı ixtilafi-mənafe üzündən hasil oluyor. Binaənileyh zemstvo idarəsi tətbiq olunarkən öylə əsaslarla bağlanmalıdır ki, bir tərəf digər tərəfin faidəsinə olaraq xəsarətli çıxmasın.
Bu xüsusun nə kibi bir əsas üzrə tətbiq olunacağı həqqində hal-hazırda vase bir məlumat yoxsa da, əlbəttə, məsələnin bütün cüziyyət ilə məşğul olan mütəxəssislər bunun nə yolda düşünülməkdə olub da və nə kibi bir yolda həll olunması mətlub olacağı həqqində məlumatsız degildirlər.
Fəqət böylə məlumatlar biz müsəlmanlarda çoxmudur?
Etiraf etməliyiz ki, zemstvo məsələsinin Qafqasiyadakı surəti-tətbiqinə aid xüsuslar o yanda, Rusiya daxilində tətbiq olunan zemstvo idarələrinin bina edildikləri əsaslarla keçir, digərləri təcrübələr həqqində böyük bir təşəbbüsat sahibi olub da, eyni zamanda bu təşəbbüsatın nəticəsi ilə öz mühitini aşina etmək həvəsində olanlar yox dərəcəsindədirlər.
Burasını nəzər diqqətə aldıqda müsəlman məarifpərvərlərinin öhdəsinə böyük bir vəzifə gəlmiş oluyor ki, bu da zemstvo məsələsinin həll edilmək üzrə olduğunu nəzərə alıb da bu xüsusda həm mənsub olduqları mühitin fikrini açmaq və həm də bu mühitin mənafeyini gözlətmək üçün nə kibi əsasların müdafiəsi lazım olduğunu göstərmək üçün əhli-xəbirədən mütəşəkkil bir komisyon vücudə gətirməgə lüzum vardır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 1 dekabr 1915, №50
Üdul – adillər
İcmali – əhval
Bu həftə, qəzetələri ən çox məşğul edən məsələ sağların ictimai və bu ictimaidə qərara aldıqları qətnamələr oldu.
Sağlarca, mütəfərriq din və məzhəb əhllərinə həqq və ixtiyar verilməməli, hökumətin xəlq etimadını qazanmış adamlardan olmasını istəyənəri ixtilalçı elan etməli, şəhərlər və zemstvolar idarəsini dövlət işlərindən uzaqlaşdırmalı, “tərəqqipərvər” blok üzvlərini məhkəməyə verməli, yəhudilərə heç bir güzəştdə olmamalı, darülfünunlara, cavanlara və sair milli idarələrə göz qoymalı, çünki bunlar məmləkətin indiki halından istifadə edərək hökumətdə bir inqilab vücudə gətiriyorlarmış.
Sağlar cəmaətin dövlət işlərinə qarışmasını, hətta, bahalığa qarşı görülən tədbirlər, qoşuna lazım olan ehtiyacı hazırlamaq, qaçqınları yerləşdirmək kibi işlərdə hökumətə kömək etmək kibi hökumət tərəfindən də faidəli olduğu təsdiq olunan xidmətlərdə belə, cəmaət idarələrinin bulunmasında, məmləkət naminə, hökumətin heysiyyət və şərəfi adına bir həqarət, bir məzəllət görüyorlar.
Əlahəzrət imperator həzrətləri daha müharibə əvvəllərində ikən nəşr buyurmuş olduqları fərmani-alilərində “daxili ixtilaflar unudulsun, xəlq ilə padşah birləşsin və bütün Rusiya bir adam kibi cəsur düşmənə qarşı çıxsın” demişdi. İndi haman padşahın tərəfdarlığı ilə şöhrət qazanmış olanlar “daxili ixtilafları bütün çirkinlikləri ilə təhrik edib hökumət ilə cəmaət arasında islah verəcək gözəl tədbirləri” kökündən baltalıyorlar.
Sağların bütün şiddət və hiddətləri “tərəqqipərvər blok”a qarşı çıxıyor. Bunlar (yəni tərəqqipərvərlər) məmləkətə ayrılıq – seçkilik salıyorlarmış.
Halbuki, tərəqqipərvərlərin istəyəcəkləri nədir?
Əfi-ümumi, müxtəlif millətlərin təzyiqini bir az azaltmaq, xəlqin etimadını qazanmış olan adamları hökumət başına gətirmək – əcəba bunlar haman “daxili ixtilaflar aradan götürülsün” əmrinə iş ilə təbəiyyət etmək istəməkdən başqa bir şeymidir?
İxtilaflar aradan götürülsün, Amənna! Bunun üçün də lazımdır ki, ixtilafa mucib olan səbəblər aradan götürülsün. Sağlar bunu istəmiyorlar. Onlar diyorlar ki, olmaz; yəhudi batsın, müsəlman qarılsın, cəmaət mal olsun, hər şey əvvəlki kibi qalsın, fəqət bu surətlə bir birlik və ittihad hasil olsun-yoxsa...
Yoxsa bundan sonra cəmaət müəssisələrinin qoşuna kömək etmək işində olmalarındansa, Almaniyanın qələbəsi əfzəldir.
Böylə bir fikri tələqqi edən sağların başçılarından dvoryanin Pavlovdur. “N. V.” qəzetəsinin yazdığına görə Pavlov Moskvada çıxan “Moskovskiye vedomosti” qəzetəsində “Əngəl olmayınız” – deyə tarixi bir ünvan ilə yazmış olduğu məqaləsində bu müharibənin zühurinə belə Rusiya cəmaətini və rus xəlqinin hökumət işlərinə qarışmasını səbəb göstəriyor.
Pavlovca əgər rus cəmaəti dörd ildən bəri slavyanlıq, bilməm nəlik naminə gurultu-patırdı çıxarmasa imişlər, Almaniyada bizə elani-hərb etməyəcəkmiş. O Almaniya ki, 1905 və 1906 inqilabları əsnasında rus hökumətini anarxiyadan qurtarmaq üçün az qala sərhəddi keçmişdi.
“N.V.”-nin təbirincə məqalə degil, adətən bütün Rusiya üzünə bağrılmış təkbir nidadan ibarət olan bu məqaləsində sağların ələmdarı olan Pavlov Rusiyanın nicatını ancaq keçmişdəki “gözəl” tərtiblərdə, “müqəddəs” əsaslarda görüyor. Bu keçmişə gözünün yanıyla kəc baxanlar kor olmalı! Sağların əməlpərəstlikləri üçün gözəl bir nümunə təşkil edən bu mühərrircə hökumət hal-hazırda cəmaətin zərrə qədər köməginə möhtac degildir. O ehtiyac zamanı gəlincə, əlbəttə, Rusiya cəmaətinin “tüki biz-biz olar, böyük bir cəngculuq atəşilə od tutar. Təpədən dırnağa qədər: bıçaq, balta, silah, zor nə ilə olsa, salacaqlar” diyor.
Böylə bir düşüncənin “N.V.” qəzetəsi ilə olsun belə, iştirak edib də bir dəli sayaqlaması olduğuna, əlbəttə, hər kəs hökm eylər.
Fəqət Rusiya müqədəratından ötrü nə böyük bir bədbəxtlikdir ki, bu “dəlilər” ədədcə azsalar da böyük məhfillərdə olduqca nüfuz sahibi adamlardır. Bunların sayıqlaması məəttəəssüf Rusiya müqəddəratına təsir icra etməkdən uzaq degildir.
Sağların azlıqlarına, əlbəttə, istehqar nəzərilə baxılmaz. Zatən sağlar ictimaidə riyasət edən sabiq vəzir Şiqlov demişdi ki, “iş sayda degildir”. Doğrudan da bu sayları az olanlar keçmiş dövlət ricali ilə imdiki halda dəxi etina olunacaq nüfuza malik olan ricaldan ibarətdir.
Buna görə də sağlar tərəfindən elan olunan əsaslar məbadə Rusiya daxili siyasətini idarə edənlər tərəfindən qəbula keçir-deyə tərəqqipərvər mətbuatı behəqq düşündürməkdədir. Fəqət eyni zamanda da güman olunuyor ki, cəmaət müəssisələrinin dövlət dumasının, müxtəlif millətlərin, cavanların, əmələlərin bu müharibədə göstərdikləri böyük vətənpərvərliklər, hər yanda ibraz olunan sədaqətlər əsr və zamanını çoxdan keçirmiş olan nəzəriyyələrinin tətbiqinə imkan buraxmaz.
Daxili siyasəti-ümumiyyə üfüqündə sağ gurultular eşidilməkdə ikən Qafqasiya həyatı nöqteyi-nəzərindən ümidavər bəzi işıltılar da grüldü. Bu işıltı şübhəsiz ki, Qafqasiyada zemstvo tətbiq etmək məsələsidir. Görünüyor ki, bu məsələ əsasən həll edilmək üzrədir. Yalnız məsələnin nə surətlə həll olunacağı xüsusi bəzi intizarlara mucib olmaqdadır.
Müharibə əhvalını mütaliəyə gəldikdə Balkanlarda müttəfiqlərin müntəzəm bir surətdə günü-gününə keçirilib də hal-hazırda Salonik bərkidilməkdə olduğu ilə Serbiya ordusunun tamam-kamal ana toprağından çıxaraq Albaniya ilə Yunanıstana keçdigini qeyd edə biləriz.
Neçə zamandan bəri Misir üzərinə Osmanlılar tərəfindən təkrar səfər hazırlanacağı həqqində şayə olan xəbərlər bu həftə Trablisi-Qərb sinusilərinin Liv səhrasında ingilislərlə təsadüf etdikləri xəbəri ilə təyid olundu. Demək ki, Berlin-İstanbul yolunun açılması ilə icra olunan Misir və Beynəlnəhrin səfərlərinin tətbiq olunmaq üzrə olduğu ərəfəsində bulunuyoruz.
Bağdad tərəfləri ilə İran xətti-hərbinə gəlincə, keçən həftə xəbəri gələn Bağdad şükəstliyindən sonra Beynəlnəhrindəki Əlcəzirə incilis ordusunun sövqəlceyş iqtizasi olaraq yeni mövqələr tutmaq üzrə (qüvvət) istehkamlarını tutmaq üçün geri çəkildiyi rəsmi elan olundu.
İran xətti-hərbində Həmədandaki candarmalar ilə iranlı mücahidlərin rus qoşunları ilə ilk görüşdə dağılıb pərakəndə olduqlarından sonra yeni bir vaqeə üz verməmişdir.
Xarici siyasətcə bu həftənin ən böyük vaqeələrindən olmaq üzrə alman məclisi-maliyyəsi olan Reystax məclisində kansler Betman Holvezun nitqi qeyd etməlidir.
Neçə zamandan bəri Almaniya sosialistləri sülh həqqində bir istiza vermişlər – deyə Almaniya hökumətinin bu xüsusdakı bəyanı gözləniyordu. Gözlənilən nitq söyləndi. Fəqət sülhə daha yaxın olmadığımız aşkar oldu. Anlaşıldı ki, Almaniya özünü qalib zənn ediyor. Qələbəsinə məğrurdur. Şərq ilə əlaqəsinin açıq qalmasına Şərq və Qərb sərhədlərində özünü əbədiyya hər bir hücuma qarşı təmin etmək arzusundadır.
Müxalif qəzetələr bu bəyanları Almaniyanın tutduğu yerlərdən çıxmamaq fikrində olduğu kibi təfsir ediyorlar. Ona görə də müharibə davam etdikcə davam edəcək və ən axırı düşmən məğlub olacaqdır- diyorlar.
Düşmənin sövlətini sındırana qədər dayanmaq – budur etilaf qəzetələrinin Betman Holvezə verdikləri cavab.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 dekabr 1915, №53
Təbəiyyət – tabe olma, tabelik
Təkbir – camaat namazında qabaqda durub “Allahu Əkbər” söyləyən
Sövlət – şiddət
İstehqar – saymama, etina etməmə
(Ardı var)
 Şirməmməd Hüseynov



Bu yazı ( 210 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar