12px14px16px18px

ORALARDA KİMLƏR VAR: VALERİ MARÇENKO-2

Tofiq ABDİN

KƏDƏRLİ VƏ UNUDULMAYAN BİR HEKAYƏT

03:27 / 20.01.2012
Vpervıe eta statya izvestnoqo ukrainskoqo diplomata Ö. Koçubeya napeçatana qazeta “Bakinskiy raboçiy”, v 1992 qodu ona bıla perepeçatana v “Literaturnoy Ukraine”. Eyo avtor emko i obcemno oxarakterizoval jiznennıy put i dostijeniya izvestnoqo svoey lyubovyu k Azerbaydjanu ukrainya Valeriə Marçenko.
Vusloviyax “soyuznoqo”, tolko deklariruemoqo, internaionalizma Valeriy Marçenko stal nastoyahim borüom za vozrojdenie kulturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainev i azerbaydjanev. Za çto i postradal vposledstvii, no ne pokorilsa, daje v laqere osobo stroqoqo rejima zanimaes perevodami s azerbaydjanskoqo.
On ne edinstvennıy, koqo sudili za “dvoynoy naionalizm” – “ukrainskiy i azerbaydjanskiy”.
Vladimir Krilovski
ABŞ-da yaşayan ukraynalı yazar
Azərbaycanda və Ukraynada milli hərəkatın və eyni zamanda Ukraynada şərqşünaslığın təbliği üçün mühakimə olunub sovet zindanlarında məhv olan ukraynalı bender VALERİ MARÇENKOnun ağrılı həyat hekayəti. Ukrayna Yazarlar Birliyinin üzvü,diplomat .Y. Qoçubəyin bilgiləri əsasında.
Tofiq Abdin




1992- ci ilin yayında ilk dəfə tanınmış ukraynalı diplomat Y. Qoçubəy “Bakinskiy raboçiy” qəzetində bir yazı çap etdirdi və sonra həmin yazı yenidən “ Ədəbi Ukrayna” qəzetində yayımlandı. Bu yazar, qısaca olaraq ukraynalı bir gənc və ədəbi-siyasi fikirləri ilə seçilən bir qələm sahibi haqqında düşüncələrini açıqladı. Həmin yazıda ilk dəfəydi ki, Valeri Marçenkonun Azərbaycanla, Azərbaycan ədəbiyyatı ilə bağlı və ümumiyyətlə onun Azərbaycan günləri haqqında bilgilər də verilirdi. Qoçubəy Marçenkonun əsas amalının “Gerçəyi bilmək və insanları azad görmək” olduğunu bildirmişdi. Bu Marçenkonun amalı və yaşam mübarizəsi idi.
Həqiqətən, ölkəsini və insanları sevən bir fərd olaraq Valeri Marçenko o sıradan başqa millətlərin və xalqların da azad və özgün olmasını caniqəlbdən sevən bir ziyalı idi. Ukraynalı qəzetçi, elm adamı, Sovet kamplarında və cəza evlərində acı günlər keçirən məhkum Valeri Marçenko hələ çox gənc olmasına baxmayaraq, öz yaşıdlarından çox-çox irəli getmiş bir vətəndaş idi. Valeri yaxından tanıdığı “Birlik” təşkilatının daha da geniş işlər görməsi, ukraynalılar və azərbaycanlıların zənginləşərək mədəni və mənəvi irslərinin canlandırılması üçün həqiqi bir savaşçı idi. Hətta bu məqsəd naminə Azərbaycan ədəbiyyatından tərcümələr –çevirilər edərək və bu işlərin çoxunu son dərəcə basqı altında olan bir vəziyyətdə, cəza evində də davam etdirmiş, acılar çəkmiş, amma yolundan dönməmişdir.
Ukrayna dili ixtisası üzrə bir müəllimin oğlu, açıq fikirli və Lvovda Universitetin ilk rektoru, inqilabçı-tarixçi bir babanın nəvəsi olan Valeri vəfat etməzdən öncə Papa, Ronald Reyqan, ABŞ Konqresi tərəfindən müdafiə olunsa da, bütün haqq və özgürlükdən məhrum edilən Marçenko Amerika Birləşmiş Ştatlarından yardım umsa da, heç bir kömək almayan bir inqilabçı idi. 200 illik bir rus monopoliyasının uçulub dağılmasını istəyən Marçenko, bunu tələb etsə də, sağlığında bunu görmədi.
İndi Kiyev şəhərindəki 72-ci küçədə bir xatirə lövhəsi var. Valeri Marçenko bu ünvanda yaşamışdı. Hal-hazırda ona məxsus bütün əşyalar və yaşadığı illərin yadigarları, onun bir zamanlar oxuduğu 175 nömrəli məktəbdə bir otaqda toplanmış və bu otaq artıq muzey halına gətirilmişdir. Hər il, sentyabr ayının 16-da vicdanlı insanlar iş-güclərini buraxıb, bir vəfa sevgisi kimi bu şəhid məzarına baş çəkirlər. Bu şəhid məzarı Valeri Marçenkonun məzarıdır. Burada zaman-zaman uzaq Azərbaycandan gələn ziyarətçilər də olur. Amma az olur.
MOO təşkilatının “Demokratiyanın nəbzi” qolu Valeri Marçenkonun anadan olmasının 65-ci il dönümündə çoxdan unudulmuş bağlı bir sandığı açaraq Qızıl Ordunun baş qərargahının rəisi Şerbakovun adına olan küçəni, yüksək insani keyfiyətlərilə fərqlənən və həyati prinsiplərindən heç vaxt dönməyən Marçenkonun adına verilməsi barədə məsələ qaldırır.
İmperiyanın məhv etdiyi ukraynalıların və başqa millətlərdən olan insanların sayı saymaqla bitməz. Bu siyahıda “ Arxipelaq QULAQ” ın məhv etdiyi hər millətin fəxr edə biləcəyi istedadlı, insan haqlarının müdafiəçisi və bu yolda öz həyatını qurban verən adamların adları sırasında Valeri Marçenkonun adı birinci sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU XALQLARIN – UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN AZADLIĞI UĞRUNDA mühakimə olanan birinci və sonuncu fədai deyil, təbii ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı “Müəllimlər evi”nin böyük salonu ağzınacan dolu idi. Zalın amfiteatrını ali məktəb və texnikum tələbələri tutmuşdu. Salonda isə saçları və gicgahları da ağappaq insanlar vardı ki, bu ağ saçlar o insanların keçmişinin nə dərəcədə ağır keçdiyinin şahidi idi. Səhnəni azad Ukraynanın bayrağı bəzəyirdi və bu bayraq ardında otuz yaşlarında gülərüz bir gəncin fotosu vardı.
Valeri Marçenkoya həsr olunmuş bu xatirə gecəsi onun dostları, tanışları tərəfindən hazırlanmışdı. Burada onlardan başqa, onunla birlikdə bir kamerada yatanlar, əziyyət çəkən siyasi aydınlar, Kiyevin intellektual adamları da vardı. Onlar bir-bir tribunaya qalxır və Valerinin həyat yolu, onun qısa və fırtınalarla dolu ömrünün mərhələlərindən danışırdılar.
...Valeri Marçenko Leninqradın xəstəxanalarından birində ağır müalicədən sonra 37 yaşında həyata əlvida dedi. Xəstə olduğu günlərdə və hətta ölüm anında belə anası ilə onun görüşməsinə mane oldular. Daşürəkli insanlar buna da icazə vermədilər. (Bu barədə önümüzdəki həftələrdə çap edəcəyimiz yazılarda geniş danışacayıq).

MÜHAKİMƏ və TƏRCÜMƏ YARADICILIĞI

...1973-cü ilin iyun ayında Valeri Marçenko iki respublikanın- Ukrayna və Azərbaycan respublikasının konstitusiya kodeksləriylə mühakimə olundu. Ancaq onun mühakiməsi Ukrayna mədəniyyətinin süqutu haqqında yazdığı üç məqalə əsasında aparılırdı: (“İdeologiyanın pərdə arxası, “Nə dəhşətli bir yük”, “Kiyev dialoqu”), İvan Dzyubanın “ Beynəlmiləlçilik və ruslaşma” traktatının təbliği və sovet idelogiyasına qarşı təbliğat və təşviqat. Ona altı il qapalı rejimli həbsxana həyatı olmaqla, üstəgəl bir də iki il sürgün kəsdilər.
Sürgün illərində Valeri Marçenkonun istedadı bir daha pardaxlanır. “Dədəmə Məktublar”, sarkazm və iraniya ilə dolu “ Mənim sevimli ledim”, “İki alman jurnalistinə açıq məktub”, “YUNESKO-nun Baş direktoruna açıq məktub” kimi əsərlərini və “Mən benderəm” adlı çox maraqlı bir esseseni bitirir. Bütün bunlarla paralel olaraq, o həm də tərcümələr üzərində işləyir.
Valeri Marçenko tərcümə sahəsində çox maraqlı əsərlərin çevirisinə imza atmışdır. Onun tərcümə etdiyi yazarlar arasında dünyanın tanınmış yazarları və klassikləri yer almaqdadır. İngilis dilli yazarlar Edqar Po, Cerom K. Cerom, E. Li Masters, L. Xyuz, Q. Uels, polşalı yazar Q. Senkeviç.
Şərqşünaslıq fakültəsində təhsil aldığından o Azərbaycan yazarlarının əsərlərinin tərcüməsinə xüsusi maraq göstərir və Süleyman Sani Axundovun, Cəlil Məmmədquluzadənin, Anarın əsərlərini ukrayna dilinə tərcümə edir, Azərbaycan mahnılarının mətni toplanmış bir toplu çap etdirir.
İki mədəniyyətin Ukrayna və Azərbaycan mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri və inkişafı mövzusunda Marçenko özünün “QULAQ” essesinin yazır. Bu esse “Sovet Ədəbiyyatı” (1971) jurnalında çap olunur. ” Bu yazılar və iki ölkənin ədəbiyyatlarının araşdırılmasında misilsiz xidməti olan M. Qulaqa həsr edilir. Məqalələrdə də ukraynalı elm adamlarının qardaş Azərbaycan xalqının mədəni irsinə necə ehtiramla yanaşıldığı öz əksini tapır.
Bu ədəbi vadidə Nizami irsinin ukraynada təbliği daha üstün yer tutur. Bu baxımdan Valeri Marçenkonun ən böyük arzularından biri “Ukrayna şərqşünasları və Azərbaycan” mövzusunda bir dissertasiya yazmaq olmuşdur. O yazırdı: “Qulak, Krımski, Baqriy – bu insanlar haqqında saatlarla danışmaq olar, onlardan neçə-neçə əsər yazmaq mümkündür. Bu üzü üzlər görmüş və olmazın əziyyətlərlə çalışan alimlərin əsərlərində bizim bilmədiyimiz çox şeylərin cavabı var. Onlar əvəzsiz elm adamları idi və həm də əzabkeşlərdi. ”

YENİDƏN KİYEVDƏ və YENİDƏN MÜHAKİMƏ

...1981- ci ilin mayında Marçenko Kiyevə qayıdır. Artıq sağlamlıq əldən getmiş, adicə yaşamaq və keçinmək üçün heç nə yox, heç bir təşkilat onu işə götürmür. Valeri Marçenko özü kimi böyük bir dəstə olan “qarovulçular” dəstəsinin sırasına qoşulur. Hələ dövrün elə bir vaxtı idi ki, məhkum olunan insanlar ancaq və ancaq zavodlarda, fabriklərdə qarovulçu olaraq çalışa bilərdilər.
Sistemin çox acı qurbanı Valeri Marçenko hər zaman mərcək altında yaşayıb. İzlənilir və sonunda 1983-cü ildə yenidən məhkəməyə verilir və məhkum olunur. Məhkum olunduğu vaxt artıq böyrəklər sıradan çıxmaqda davam edirdi. Buna baxmayaraq o yenidən 10 il sürgün və 5 il həbs cəzası alır.
Bu əslində bir edam idi.
Leninqraddakı həbsxanadakı 55 gün ərzində Marçenko acılar içində qıvrılır, sonra həyata əlvida deyir. Dövlət ona “ən böyük yaxşılığın” eləyir : onu atası basdırılan məzarlıqda, Kiyevin yaxınlığında olan Qatnom kənd məzarlığında torpağa tapşırırlar.
Çox qısa bir ömür yaşayan, daha doğrusu öldüyü yaşı nəzərə alsaq, çox böyuk insanların və yaradıcıların öldüyü bir yaşda vəfat edən Valeri Marçenkonun yaradıcılığı və yaşam hekayəti beləcə son çatır, desək yanlış düşünmüş olarıq. Bu qısa ömür sahibi hələ çox-çox illər sonra da anılacaq, çünki onun hər bir yazısı dövrün hakim və siyasi ortamının sifətində şillə kimi səslənirdi.
Ukrayna Valeri Marçenkonun şəxsində əvəzsiz bir şərqşünas və azərbaycanı candan sevən bir ziyalı dost qazanmışdı. Təəssüflər olsun ki, öz böyük istedadını həbsxanalar küncündə keçirdiyi yazılara həsr etməklə təskinlik tapdı. Və bu da tarixdə əvəzi olmayan gözəl şərqşünasın məhv olmasına gətirib çıxardı.
“Bir alim və yazar olaraq Valeri Marçenko Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun bir simvolu kimi qalmaqdadı. Bizim də borcumuzdur ki, unudulmaz insanın şəxsiyyəti və yaradıcılığının yaddan çıxmaması və nəsildən-nəsilə keçməsi üçün onu xatırlayaq və onun həyat yolunu gənclərimizə tövsiyə edək. O həqiqətən
səmimiyyət, comərdlik, əzm və sədaqət simvoludur”.
(Davam edəcək)

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com




Bu yazı ( 717 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar