12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

Telman ORUCOV
19:06 / 21.05.2011
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)

Həvvanı şirnikləndirən ilan olmuşdursa, bu ilan nədir ki, dünyanı arzu ilə qürrələndirdi, cuşə gətirdi. Çox sayda adam güman edir ki, xristianlıq yalnız bir Şeytanın – başqa sözlə İblis və ya Lutsifer eyni mahiyyətə malikdir, – mövcudluğuna razılıq verir. İblis – Qaranlığın Sahibi materializmin nümayəndəsidir, yunan və Roma mifologiyasında Saturn planeti ilə eyniləşdirilir. Lutsifer- ilan şirnikləndirməkə, bəşəriyyəti heyvan arzusu ilə coşdururdu. Bibliyada İblis və Lütsifer eyni varlıqlar deyillər, “İsayya” kitabında yazılır ki, “Ey Lutsifer, sübhün oğlu, sən göydən necə düşdün”. Dan ulduzu isə, əlbəttə ki, Venera idi. Ona görə də Bibliya Lutsiferi Venera planeti kimi təqdim edir. Lutsiferin və Veneranın (qədim yunan mifologiyasında Afrodita) hər ikisi heyvani arzu ilə bağlı idi. Alma hər ikisini xatırladan meyvə idi. Lutsifer də Həvvanı alma ilə şirnikləndirdi, Paris isə Veneranı alma ilə dəstəkləməklə, Yelenanın qaçırılmasına və qədim dünyada Böyük Müharibənin (Troya müharibəsinin) baş verməsinə yol açdı. Lutsifer və Venera həmçinin iki mənalı şəxsiyyətlərdir. Lutsifer şərdir, ancaq zəruri olan şərdir. Lutsiferin müdaxiləsi olmasaydı, protobəşəriyyət (birinci, ilkin bəşəriyyət) həyatın vegetativ (bitki) formasından uzağa inkişaf edə bilməzdi. Lutsiferin tarixdəki müdaxiləsi nəticəsində insanlar canlandı. Belə bir düşüncədə, biz planetin səthi ilə hərəkət etməyə qadir olduq, həm də başqa bir düşüncədə isə, biz arzu əsasında hərəkət etdik. Heyvan özü haqqında şüurlu qaydada agah olmaya yiyələndi, belə bir xüsusiyyət isə bitkilərə məxsus deyildir. Belə deməyə əsas var ki, Adəm və Həvva “özlərinin çılpaq olduqlarını bildilər” və bu o mənanı verir ki, onlar bədənə malik olmalarından agah olanlara çevrildilər. Bir məsələni də qeyd etmək lazımdır ki, bizə qədim dünyadan Veneranın çox sayda gözəl təmsilçiləri gəlib çatdı, lakin bunların arasında dəhşətli olanlar da var idi. Müqayisə olunmaz bir gözəlliyə malik olan bir qadın barədəki təxəyüllün arxasında həm də dəhşətli ilan qadın gizlənir. Müasir elm, yolu azmanın dünyaya necə gəlib çıxmasına bənzər suallara laqeydliklə yanaşır. Və yaxud, təxəyyül və ya iradə gücü barədə susmağa üstünlük verir. Ancaq qədim insanlar üçün yolu azma, illyüziya, təxəyyül və iradə Kainatın ən böyük qüvvələri arasında idi, bizim öz ağlımız kimi, üç ölçülü məkandan kənarda yaşayırdı. Onlar üçün dünyanın yaranması tarixi, bu şeylərin necə olması barədəki haqq-hesabın mərkəzində dayanırdı. Fridrik Nitsşe deyirdi: “Əgər sən öz daxilində xaosa malik deyilsənsə, sən rəqs edən ulduzun doğulmasına nail ola bilməzsən”. İnsanlar heç vaxt sərbəst yaradıcı olmağa çevrilməyə, igid və ya sevməyə qadir ola bilməyəcəkdir, əgər ki, onlar səhv etməyə, cisimləri olduğundan fərqli kimi görməyə, onların göründüyündən fərqli olmağa inanmağa qadir ola bilməyəcəklər. Biz çox vaxt istədiyimiz kimi olana inanırıq. İnsan təbiəti eyni ilə digər qüvvə kimi formalaşmışdır, bəşər övladı düşünür ki, mən özümün heyvani istəklərimə müqavimət göstərməliyəm. Əlbəttə ki, bu, mənim adi heyvana çevrilməyimi dayandırır, qabiliyyətlərim sırasından fikir və düşüncə bacarığımı üzə çıxarır. Venera ənənəvi olaraq əlində güzgü tutan qaydada təsvir olunur, bu heç də indiki dövrdə güman edildiyi kimi əbəs yerə deyildir. Güzgü arzunu müəyyən etmək üçün əks etmə gücünün simvolu idi. Əks etmə allahı Göydə böyük ifadə allahı olmaqla, Ay idi. Bütün qədim mədəniyyətlərdə Ay təkcə məhsuldarlığı deyil, həm də fikiri nizamlayırdı. Faktiki olaraq özünü həsr etmiş keşişlər inanırdılar ki, lazımi şərait yaradılması qaydasında insan fikiri mümkün olacaqdır, Kosmos özünü xüsusi qaydada düzəltməli olacaqdır. İnsanın əks etməsinin, düşüncəsinin mümkün olması üçün Günəş və Ay göydə özlərini qaydaya salmalıdırlar ki, Ay Günəşin işığını əks etdirməklə aşağı, Yerə göndərsin. Onlar həmçinin inanırdılar ki, Göydə bu qaydaya salınma insan başının içərisindəki kiçik tərəzidə də təkrar qaydada baş verməlidir. Ay allahı qədim yəhudilərdə Yehovaya (rus dilində Yaxveyə), müsəlmanlar üçün isə Allaha, ən böyük allaha çevrildi. Biz gördük ki, dünyanın yaranması dramasındakı üçüncü böyük səhnədə Ay allahı böyük qələbə çaldı. Beləliklə, Ay erası başlandı. Kosmosun ilk üç epoxası – mineral, bitki və heyvan eraları – Saturn günü, Günəş günü və Ay günü, həftənin ilk üç gününün (şənbə, bazar, bazar ertəsinin) adlarında xatırlanır, bunu biz ingilis dilindəki gün adlarında da müşahidə edirik. Həftənin bu günlərində həmin göy cisimlərinin üçü də təkcə özlərinə məxsus səbəbə görə xüsusi qaydada olduqlarından, sonralar bu günlər belə adlanmışlar. Bibliyada “Allahın oğlanları” ifadəsi mələkləri təqdim etmək üçün işlənir, onlar göylərdən aşağı düşən qasidlər idi. Mələklər aşağı enməklə maddi dünyada da iştirak edirdilər. “İnoks kitabı”nda qadınları sevən mələklər barədə söhbət gedir, qeyd edilir ki, adamların uşaqları çoxaldıqda, onların içərisində gözəl, göz oxşayan qızlar da meydana gəldi. Göyün uşaqları olan mələklər onları gördükdə ehtirasa gəldilər və bir-birlərinə dedilər ki, “Gəlin – qoy adamların uşaqları arasından özümüzə arvadlar seçək və onlar bizə uşaq doğsunlar”. Onların hamısı özlərinə arvad götürdü və onlar bu qızları lətafətə və valeh olmağa öyrətdilər və hamilə etdilər. Yer üzərində onlardan olan övladlara bənzəyən uşaqlar əmələ gəldi. Baxmayaraq ki, onlar ruhi varlıq olmaqla əbədi həyat yaşayırdlar, lakin özlərini qadınların qanı ilə pozdular, bədən qanı, həmçinin öləcək və məhv olacaq varlıqların qanını daşıyan uşaqları həyata gətirdilər. Onlar “göydən düşən mələklər” idi. Bütün ənənələrə görə Günəş sisteminin böyük allahlarının sayı yeddidir. Biz yenidən görürük ki, Bibliya hekayətlərində də, yunan və Roma mifologiyalarında olduğu kimi eyni astronomik allahların əhvalatları kodlaşdırılmışdır. İnsan qadınlarını yoldan çıxaran mələklər isə Olimp allahlarından başqa bir şey deyildi. Qədim yunan mifologiyasına görə körpə Yupiter (bu Roma mifologiyasına görə yunanlardakı Zevsin adıdır) atası Saturndan (Kronosdan) gizlədildi. Ana Yer Yupiteri Krit adasında, yeraltı mağarada saxladı. O bilirdi ki, Yupiterin doğulması ilə Saturnun ağalığının sonu gələcəkdir. Saturn həm də öz oğlanları və qızları olan titanlara arxalanırdı. Onlar yeni həyatı udmaq və “Ölüm kainatı”nı yaratmaq istəyirdilər. Titanlar daim Yupiterin düşmənləri olmalı idilər. Onlar dustaq edildikdə, Yupiter Olimp dağının qeyd-şərtsiz hökmdarına çevrildi. O, allahların çarı və yeni eranın allahı idi. O, gözəl saçlarını tərpətməklə bütöv yeri silkələyirdi. O, yeganə elə güclü allah idi ki, yerə ildırım göndərə bilirdi. Olimp allahları Yupiter, Apollon, Mars, Merkuri, Diana, Afina və digərləri Saturnun qoyduğu məhdudiyyətlərə qarşı qiyam qaldırdılar. Olimplilər möcüzəli işlər gördülər və dəhşətli monstrları məğlub etdilər. Yupiter vurulduğu qadını ayıya çevirdiyi kimi, digər İo adlı qızı inəyə çevirmişdi. O, canavara çevirdiyi Likaonu kannibalizminə görə cəzalandırmışdı. Appolon şəhvət bəslədiyi gənci çiçəyə metamorfoza etdi, yaxınlıq etdiyi Dafnanı dəfnə koluna çevirdi. Digər bir Saturndan sonra Günəş, Venera, Ay və Yupiter yer üzərindəki həyatın inkişafını mümkün edən əsaslı şəraitləri yaratmaq işində birləşdilər. Qədim insanlar üçün təbiət qüvvələri qış ərzində yatırdı və baharda – yeni təsirini həyata keçirməklə yenidən oyanırdı. Onlar allah kimi təkamül impulsuna inanırdılar. Əgər yer üstündəki primitiv həyat – bu həyat labüd olaraq bəşər həyatına inkişaf edəcəkdi, – balığa bənzər primitiv formanı aldı. Misirdə bu möcüzəli hadisə heyvan həyatının doğulması, Horun anadan olması kimi məlum idi və onun ilkin formaları Yupiter kimi yarıadam, yarıbalıq idi. Yunanlar və misirlilər, yunanlar və yəhudilər kimi müxtəlif mədəniyyət paltarlarında olan eyni allaha sitayiş edirdilər. Fənər başlı adamlar sonralar tək buynuz at kimi ideallaşdırıldı. Təkbuynuzlu barədəki kollektiv yaddaş əlbəttə ki, ov edilən varlıq barədə idi. İnsanlar Ana Yerin dizləri üstündə özlərinə sığınacaq tapmalı idilər, lakin dünya təhlükəli məkana çevrildi. Protoinsanlar bütünlüklə yer varlıqlarına çevrilən kimi, həm də insanların əlaqə saxlaması üçün yeni vasitələrin yaradılması zərurəti yarandı. Bu Merkurinin təsirinin nəticəsi idi ki, döş qəfəsi inkişaf etdi. Merkuri həmçinin əyilən və yararlı olan bədən üzvlərini qaydaya qoydu, bu insanların birinin digərinə tərəf hərəkət etməsi və birlikdə işləməsi üçün daha yaxşı idi. Əlbəttə, o, qasid idi və allahları yazılı qaydada təsvir edirdi. O, həmçinin aldatmanın və oğurluğun allahı idi. Qədim insanlar reallığı, bəşəriyyətin və dünyanın təkamülünün tarixini bürclərin ardıcıllığında görürdülər, bu, kollektiv qaydada xatırlanır və başa düşülürdü. Onlar üçün dünyanın tarixi ulduzlarda yazılmışdı. XIX əsrdə hinduizmin müqəddəs mətnləri ilk dəfə Avropa dillərinə tərcümə edildikdə, bir çox ezoterik biliklərə əgər əvvəllər ehtiyatla nəzarət olunurdusa, bu vaxt onlar ictimai şüura axmağa başladı. Bu ideyalara aludəçilik Kabalaya və digər Qərb ənənələrinə marağın təzələnməsinə aparıb çıxardı və spiritualizm maniyasının alovlanmasına kömək etdi. Həmin dövrün böyük intellektuallarından çoxu spiritual fenomenin araşdırılımasında elmi metodologiyanın tətbiq edilməsinə səy göstərməyə maraqlı oldular. Alimlərin daxil olduğu çox sayda aparıcı intellektuallar inanırdılar ki, ezoterik fəlsəfədə nəsə vardır və elmlə fövqəltəbii hökmən bir yerdə olacaqdır. Növlərin təkamülünün gizli tarixi də hətta elmin nəzərdə tutduğu proqress deyildi. Gizli doktrinaya müvafiq olaraq heyvanlar inkişaf edib, bu gün müşahidə etdiyimiz formalara keçirlər, onlar ulduzların və planetlərin, məsələn, Şir bürcü tərəfindən şirlərin və ya Taurus bürcü tərəfindən öküzlərin təsirinə məruz qalmış olurlar. Kosmik plan belə idi ki, dünyanın bioloji formalarının hamısı tədricən bütün bəşəriyyətlə birləşəcəkdir, bunun da niyyəti bütün yaranmanın tacı olmaqdır. Gizli ənənəyə görə eyni allahlar, eyni yaşayan varlıqlar sonralar klassik yunan mifologiyasında daha inkişaf etmiş formada xatırlanırlar. Qədim mətnlərdə bu era həmçinin nəhənglərə böyük təsir göstərən kimi təsvir edilir. Böyük Aleksandr dövründən adamlar, uzunboylu adamların ölçülərinə şübhə etmək səviyyəsinə yüksəldilər və onlar ikiqat artıq yaşa malik olmaqla ömür sürdülər. Gizli ənənədə Əfqanıstanda bu yaxınlarda taliblərin partlatdıqları nəhəng Bamyan heykəlləri heç də Buddanın nəhəng abidəsi deyildi, müxtəlif hündürlükdəki nəhənglərin üç həyat ölçülü heykəlləri idi. İlanlar, hörümçəklər, böcəklər və parazit varlıqlar Ayın Qaranlıq tərəfinin qəzəbli təsiri altında formalaşmışdı. Sonra ötəri eybəcərlər – bir ayaqlı adamlar, yarasa-adamlar, həşərat – adamlar və quyruqlu adamlar gəlirdi. Qədim Misir tarixçisi Maneto (b.e.III əsrində) Mühafizələrin törəmələrinin ənənələri barədə məlumat verərkən bildirir ki, onlar iki qanadlı bəşər məxluqunu, həmçinin dörd qanadlı və iki sifətli digərlərini, bir bədəni və iki başı olan insan məxluqlarını, keçi budları və başında buynuzları olan ilan varlıqlarını həyata gətirirdilər. Burada həmçinin adam başı olan öküzlər və dörd başlı itlər var idi, axırıncıların quyruğu onların kürəyindən balıq quyruğu kimi uzanırdı və əjdahaya bənzər varlıqlar kimi, bütün növlərdən olan digər monstrlar da var idi. Fantastik ədəbiyyat onları həmin dövrün kollektiv xatirəsi kimi təqdim edir. O vaxtlar insanlar yer üzərində nəhənglərlə, əjdahalarla, su pəriləri ilə, kentavrlarla, təkbuynuzlularla, favnlarla, satirlərlə birlikdə yaşayırdılar. Qozbellərin, nimfaların və driadların və digər aşağı ruhi varlıqların orduları allahlara və insanlara xidmət edirdilər, onlarla birlikdə vuruşur və bəzən onları sevməyə başlayırdılar. Gizli tarixdə insanlardan əvvəlki inkarnasiya edən axırıncı məxluqlar insanabənzər meymunlar idi. Buna baxmayaraq, gizli tarixdə insanların meymundan əmələ gəlməsinin deyilməsi düzgün hesab edilmir. İnsanabənzər meymunların bəşəriyyətin degenerasiyasını – nəslinin pozulmasını təmsil etdiyi daha çox güman edilir. (Ardı var.)
Telman ORUCOV



Bu yazı ( 427 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar