12px14px16px18px

Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

09:42 / 14.05.2011 (Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)
Dünyanın yaranmasının başlanğıcı Elm və din onunla razılaşır ki, başlanğıcda kosmos heç nə vəziyyətindən materiyanın mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik barədə az şey deyə bildi, deyilənlərin hamısı yüksək dərəcədə spekulyativ xarakter daşıyırdı. Alimlər hətta bütün cisimlərin bir dəfə yaranması və ya onun yaranmaqda olmasının davam etməsi barədə müddəalar irəli sürməyə görə fərqli qruplara bölündülər. Qədim dünyanın özünü bu işə həsr etmiş keşişləri arasında isə, əksinə, gözəl yekdillik var idi. Onların gizli təlimləri dünyanın böyük dinlərinin müqəddəs mətnlərində kodlaşdırılmışdı. Başlanğıcda boşluğu andıran materiya var idi, bu yaxşı olmaqla, işıqdan daha zərif idi. Sonra müstəsna qaydada, yaxşı olan qaz gəldi. Əgər insan gözü tarixin dan şəfəqlərinə baxsaydı, bu ona geniş kosmik duman, çən kimi görünə bilərdi. Bu qaz və ya çən bütün Yaşayanların Anası idi, həyatın yaranması üçün lazım olan hər şeyi özündə daşıyırdı. Ana İlahə, Yeri həmçinin bəzi hallarda belə adlandırırlar, öz tarixi boyunca metamorfozaya uğrayacaq və çox müxtəlif formaları və adları qəbul edəcəkdi. Lakin başlanğıcda “Yer formasız və boşluq idi”. Bu vaxt tarix üçün taleyin ilkin böyük dəyişilməsi gəldi. Bibliyanın hekayətləri davam edir: “Qaranlıq yer üzünü örtmüşdü”. Bibliyanın ezoterik ənənə içərisində çalışan təfsirçilərinə müvafiq olaraq bu, kitabın nəql etmə yolu idi ki, Ana İlahə yandırıcı quru küləyin hücumuna məruz qaldı, o az qala bütünlüklə həyatın potensialını məhv etmişdi. Allahın zəkasından ilk dəfə əmələ gələn nazik toxunmuş dumanlar qəflətən ikinci mənşə tərəfindən yoxlandı. Bu, astronomların müşahidə etdikləri nadir və effektli fenomenə – ulduzun ölməsinə bənzəyən güclü tufan idi. Güman etmək olar ki, istisna kimi bu, başlanğıcda tam ölçüdə bütöv kainatı doldurmuşdu. Ana İlahə çox vaxt sevən, həyat verən və işıqlandıran şəxs kimi xatırlanır. Lakin o, həm də dəhşətli xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş arabasında gəzən mərhəmətsiz ilahə Kibela kimi qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin ilahəsi kimi metamorfozaya uğramışdısa, ikinci əmələ gələn allah Saturna çevrildi. Saturn öz izini Günəş sisteminin hədlərində qoyacaqdı. Misir mifologiyasında isə Saturn Yeri saxsı təkərlərlə yumşaldan Ptah idi və bir çox əsatirlərdə Saturnun titulu “Rex Mundi” – “Dünyanın çarı” və ya “Bu dünyanın hökmdarı” idi. Bizim maddi həyatımız onun nəzarətində idi. Saturnun ucbatından bizim həyatımız olduqca çətin idi. Çünki Saturnun hər bir qılıncı iki dilli idi və hər bir tacı tikandan düzəldilmişdi. Saturn bizi öz hədlərimizə atırdı. Bu olduqca çətin bir hal olmalı idi ki, Kosmosda həyat üçün olan potensial hələ doğulmamışdan əvvəl məhv ola, sola bilərdi. Kosmos bütün əbədilik dövründə ölü cisimin nəhayətsiz dəyişilməsi yeri kimi qala bilərdi. Tarix boyunca biz görəcəyik ki, Saturn müxtəlif vaxtlarda və müxtəlif maskalar altında mumiyalanmış bəşəriyyətdə öz məqsədinə çatmaq və ondan kənardakı həyatı əzib sıxmaq üçün geri dönür. Bu tarixin sonunda biz həmçinin görəcəyik ki, onun ən həlledici ixtirası, gizli cəmiyyətlər tərəfindən uzun müddət xəbər verilən hadisə kimi, gözlənildiyi tək, qısa müddətdə yer tutmağa müvəffəq oldu. Saturnun Ana Yer üzərindəki tiraniyası, onun kosmosdan kənar bütün həyat potensialını əzməsi sahəsindəki qanlı cəhdi, insan ağlı ilə ölçülə bilməyən geniş dövrlərdə davam edir. Onun tiraniyası mahiyyətcə devrilmişdir və Saturn əgər tamamilə məğlub edilməmişdirsə, nəzarətdə saxlanır və öz sferasında qapadılmışdır. Bəs bu qələbə necə əldə edilmişdir? Bibliyada dünyanın yaranması üçün, əlbəttə, iki izah vardır. İkincisi isə, Müqəddəs İoannın “İncil”indədir və bu daha dolğun olmaqla “Başlanğıc” kitabının kodunun açılmasına kömək edir. Bu günlər kilsə müstəsna olan və radikal monoteizmi moizə edir. Bu çox güman ki, müəyyən qədər elmin ağalıq etməsi ilə əlaqədardır. Xristianlığa dostcasına yanaşan elmdə Allah kainatda fərqlənməyən və daimiliyi müəyyən oluna bilinməyən səviyyəyə kiçildilir. Lakin tarixi reallıq ondan ibarətdir ki, xristianlıq yüksəldiyi regionların köhnə dillərində kök atmışdır və onların hamısı politeist (çoxallahlı) və astronomik xarakterli idi. Erkən xristianların inamları bunu əks etdirir. Onlar üçün spiritualizm aktual ruhlarla kommersiya aparmaq mənasını verirdi. Xristian kilsələri – Romadakı Müqəddəs Pyotr kilsəsindən tutmuş kiçik məhəllə kilsələrinə qədər, bütün dünyadakı qədim müqəddəs quyuları, müqəddəs kahaları, məbədləri və Sirrli məktəbləri olan şəhərlərdə tikilmişdir. Tarix boyu bunlara bənzər müəyyən şəhərlər ruhlar üçün baş giriş qapısı kimi qiymətləndirilirdi. Bütün xristian kilsələri astronomik qaydada düzülmüşdür, kilsənin həsr edildiyi müqəddəs gündəki tək şərqə istiqamətlənmişdir. Parisdəki Notr-Dam kilsəsindən Barselonadakı Saqrada Familiaya qədər böyük kafedral kilsələrin hamısı astronomik və astroloji simvollarla örtülmüşdür. Bu ənənə yenə də davam edir. Müasir kilsə xadimləri çox vaxt astrologiyanı məhkum edirlər, lakin heç kəs bunu inkar edə bilməz ki, misal üçün, böyük Xristian bayramlarının hamısı astonomik qaydada müəyyənləşdirilmişdir – Pasxa bütöv aydan sonrakı ilk Bazar gününə təsadüf edir və ya Milad bayramı qışda Günəş dönüşündən sonrakı ilk günə düşür. Bu vaxt qalxan Günəş üfüqdə dönəndə görünən şəkildə geriyə doğru hərəkət etməyə başlayır. (Astrologiya insan təbiətinin göylərin əlamətlərində başa düşülməli olan bir birlik sistemidir. O, astronomiyanın anası olmaqla astronomik müşahidələrlə yaxından bağlı olan tətbiqi elm hesab olunurdu. İslam astroloqları göy cisimlərinin hərəkətini dəqiq qaydada öyrənib, ona əvvəlcədən xəbər verirdilər. Bu yolla onlar varlı himayəçilərinin bəxtini müəyyən edirdilər. Müsəlman astroloqlar Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması qənaətinə gəlmişdilər. Onların Göy cisimlərinin hərəkəti barədəki cədvəlləri yunanınkılardan çox qabağa getmişdi.) Bütün dinlər öyrədir ki, ağıl materiyadan qabaq gəlmişdir. Hamı anlayır ki, dünyanın yaranması bir sıra əmələ gəlmə seriyaları kimi yer tutmuşdur və onlar universal qaydada ruhi varlıqların iyerarxiyası, allahlar və ya mələklər kimi əyani şəkildədir. Mələklərin, böyük mələklərin iyerarxiyası həmişə kilsə təliminin bir hissəsi olmuşdur. Müxtəlif ordenlərdə mələklər ulduzların və planetlərin allahları kimi tanınır. Kilsə rəssamlığında və arxitekturasında hər yerdə dörd xeruvim: Öküz, Şir, Qartal və Mələk kimi rəmzləndirilir. Onların astronomik oxşarlığına sübut təxəyyüldə onların xatırlanmasına əsaslanır: Öküz Taurusdur, Şir Leodur, Qartal Əqrəbdir, Mələk isə Akvariusdur. Bibliyanın “Başlanğıc” kitabında 1:26 cümləsi, adətən “Başlanğıcda Allah Göyü və Yeri düzəltdi” kimi tərcümə olunur. Lakin fakt orasındadır ki, bəzi Bibliya alimləri onlara yalnız təzyiq göstərildikdə, bunu qəbul edirlər ki, “Elohim” sözü burada “Allah” kimi tərcümə edilsə də, cəm şəkildədir. Bu kəlam mahiyyətcə belə oxunmalıdır ki, “Başlanğıcda” allahlar Göyü və Yeri düzəltdilər. Dünyanın yaranması dramasında ikinci böyük səhnə Günəş allahın Ana Yeri Saturndan xilas etmək üçün gəldiyi vaxta təsadüf edir. Təxəyyül gözündə Günəş gözəl və şüa verən gənc oğlandır. O döyüş arabasında gəzir və musiqi çalır. O çoxlu adlara malikdir – Hindistanda Krişna, Yunanıstanda Apollon öz vücudu ilə tufanın ortasında qalxanda, Saturnun zülmətini arxaya tullayır, Saturn kosmosu dövrəyə alan nəhəng əjdahaya və ya ilana bənzəyənə qədər bu davam edir. Sirli məktəblərin öyrətdiyi kimi Günəşin qələbəsi təmiz mineral kosmosdan, ani olaraq bitki həyatını daşıyan kosmosa keçmək idi. Sehrli ənənəyə əsasən erkən və ən primitiv bitki həyatı formasında sadə rüşeymlər, tora bənzəyən geniş yayılan strukturlarla birləşib, cəm halda bütün kainatı doldurmuşdu. Hindistanın müqəddəs kitabları olan “Vedalar”ın izahında bu yaranma səhnəsi “İndranın toru”, işıqlanmanın nəhayətsiz olaraq işıq verən toru idi. O daim müdaxilə edən təhlükələrdə yaşayırdı, birlikdə işıq dalğası kimi gəlib, sonra yenidən dağılırdı. Vaxt keçirdi və bu təhlükələrdən bəziləri birlikdə daha çox daimi olmaqla dalğalanmağa başlayırdı və işıq axını bir-birinə bənzəyən üç formaya bölünürdü. Təxəyyül təəssüratı bunu kiçik uşağa bənzər kimi xatırlayır. Burada rütubətli duman və yaşıl işıq verən günəşli hava vardır. Geniş bitki varlığı kosmosun özəyində idi. Onun yumşaq və işıq verən bədən üzvləri kosmosun bütün dörd guşəsinə yayılırdı, bu Adəm idi. Bura Cənnət idi. Çünki burada hələ kosmosa aid olan heç bir heyvan ünsürü yox idi. Adəmin heç bir arzusu, həmçinin onun hansısa bir qayğısı və ya narazılığı yox idi. Adəm sonsuz bahar mövsümündə olan dünyada yaşayırdı. Təbiət süd şirəsi şəklində olan ardı kəsilməyən qida ehtiyatı məhsulu əmələ gətirirdi, buna bənzərini biz bu gün zəncirotularında tapa bilərik. Belə xoşbəxt boşluğun abidələrini, bizə gəlib çatmış çoxdöşlü Ana İlahənin heykəllərində görürük. Vaxt keçdikcə bitki formaları daha mürəkkəb, daha çox bu günkü bitkilərə oxşayan oldu. Biz güman edə bilərik ki, dünyanın yaranmasının gizli tarixi, yaranmanın elmi tarixi üzərinə mübahisəli yolla kölgə salır. Mövcudluğun təmiz mineral səhnəsinin arxasınca primitiv bitki səhnəsi ilə əvəz olunması gəldi. Bundan sonra daha mürəkkəb bitkilərin erası baş verdi. Gizli tarixdə bu yalnız labüd olaraq bitki səhnəsindən keçməklə insan həyatına daxil olur. Lakin bitki elementi bugünkü bəşər varlığının yenə də ayrılmaz hissəsi olaraq qalır. Bütün dünyadakı ezoterik təlim bədənin bitki hissəsi ətrafında axan nazik enerjilərlə və həmçinin bu ağacdakı “çiçəklərlə” maraqlanır. İnsan bədəninin böyük mərkəzi, işıq dalğaları və Günəşin buraxdığı hərarətlə qidalanır. İnsan bədənində bitki elementi barədəki biliklər indiyədək qalır. Çin təbabətində bu bitki həyatı qüvvəsinin enerji axını “chi” adlanır, bədəni canlandırmaq kimi başa düşülür və həmin zərif enerji şəbəkəsi mühasirəyə alındıqda, qapandıqda xəstəlik meydana gəlir. Bu enerjinin axını müasir materialist elm tərəfindən müəyyən edilməmişdir. Lakin bu heç də həmin təbabəti daha az səmərəli etmir. Bunu çox nəsillərdən ibarət olan xəstələr öz fərdi təcrübələrində yoxlamışlar və lazımınca qiymətləndirmişlər. Əgər meditasiya (gərgin düşünmə) edən Buddanın heykəlini seyr etsək, biz öz daxilinə nüfuz edən adamı görərik, meditasiyanın, onun zəka və ruh cazibəsinin mərkəzi isə heykəlin belindən aşağıdadır. Çünki o beynin sərt, ötəri mentallığından geri çəkilmişdir və özünün daxilindəki mərkəzə gömülmüşdür, bəzən onu “hara” adlandırırlar və o bütün həyatla əlaqədardır. Əgər dünyanın yaranması prosesinə dönsək, “Başlanğıc” kitabında kodlaşdırıldığı kimi Adəmin bədəni əvvəlcə çox yumşaq və amorf qaydada idi, onun dərisi zərif olmaqla sonradan bərkiməyə başladı. Sonralar sümüyə çevrilən maddə isə mum kimi idi. Günəşdən hərarət alaraq onun yaşıl bədən üzvləri həmçinin çəhrayı çalar olmağa başladı. Müəllif Həvvanın meydana gəlməsində də Bibliyanın irəli sürdüyü mülahizələri qəbul etməyərək, bu törəmənin başqa qaydada baş verdiyini göstərir. Adəm möhkəmləndikcə həmçinin ikiyə bölündü, onun bədənindən Həvvanın törəməsi də bitkiyə bənzər bir əmələ gəlmə metodu idi. Sirli məktəblərdə dünyanın yaranması yenidən baş verdi, bu drama üç səhnədən ibarət olmuşdu. Birinci səhnə Saturnun Ana İlahəni əzməsi kimi təsvir edilir. Bu Saturn erası adlanır. İkinci səhnə Günəşin doğulması və onun Ana Yeri Mühafizə etməsindən ibarət idi. Bu çiçək adamının Cənnəti idi və Günəş erası kimi xatırlanır. Üçüncü səhnədə Yer və Günəş aralanır, Yer soyuq və bərk olur. Bu dövrdəki mənzərədə varlıq Sirrli məktəbin təxəyyülündə nəhayətsiz uzunluqda olan ilan kimi təqdim olunur. O milyon mil uzunluqda olmaqla kosmosun içərisində öz yolunu toxuyur və bu ilan gözəlliyin bir növünə çevrilir. “Ezekiel” kitabının 28.13. cümləsində deyilir ki, “hər bir qiymətli daş sənin üstünü örtmüşdü”. Ağacın ətrafına dolaşan ilan əhvalatı özündə Yerdəki bitki həyatından heyvan həyatına keçilməsini açıq güman edilən təxəyyülündən xəbər verir. Bitki həyatı doğulmalı olacaq heyvan həyatı üçün beşik rolunu oynadı. Bu, Günaha batma adlanan tarixin (Həvva və Adəmin günaha batması) mühüm epizodunun başlanğıcı idi. Bitkilər həmçinin partenogenez adlanan metodla da çoxalıb artırlar. Bu cinsi çoxalma formasıdır. Yumurtalıq mayalanmadan inkişaf edir. Bu çox sayda onurğasız heyvanlara, həmçinin xeyli toxumlu və sporlu bitkilərə xas olan törəmə xüsusiyyətidir. Bitkinin bir hissəsi düşür və yeni bitkiyə çevrilir. Yeni bitki köhnənin davamı kimi qəbul olunur, deməli ölmür. Heyvan dünyasının təkamülü və xarakterik törəmə metodu tam fərqli olmaqla, onu ölümə aparır. Necə ki, aclıq və arzu, həmçinin qeyri-məmnunluğun özü də pozulma kimi, kədər və qorxu kimi hiss olunur. (Ardı var)
Telman ORUCOV


Bu yazı ( 469 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar