“Bu dünyayla nərd atasan...”
Mövlud MÖVLUD
01:13 / 28.05.2010Bu dünyayla nərd atasan,Şeş-beş verən zərin ola.Ortalığa bəxt qoyasan,Aparmağa zərin ola.Bu adı birinci dəfə idi eşidirdim. Bundan sonra Şiruyənin kitabını axtarmağa başladım. Uzun müddət Sərraf Şiruyənin kitabını istədiyim şairlər mənə onun yox, öz kitablarını bağışladılar. Taaa, o zamana kimi ki...Bir müddət əvvəl tanış olduğum gənc şair Qılman İmanlıyla dostluğumuzun neçəncisə ayında təsadüfən öyrəndim ki, Sərraf Şiruyə onun əmisidir. Qılmandan Şiruyə müəllimin kitabını aldım və bir günün içində oxuyub bitirdim. Neçə gündür bu şeirlərin təsirindən çıxa bilmirəm. Çox qəribədir ondan yüz dəfə istedadsız adamlar Bakıda Leninə, partiyaya şeir yazıb, qələm dostlarından KQB-yə xəbərlər aparanda o, Göyçədə müəllimlik edir, ürəyindən keçən şeirləri yazırdı. Ona görə indi o dövrün çox şairindən bir misra da bilən yoxdur, Amma Sərraf Şiruyənin şeirləri el məclislərində aşıqların, xanəndələrin dilindən düşmür.Sərraf Şiruyənin dillər əzbəri olan şeirində bir yer var:Ay Şiruyə, al geyəsən,Yaman gözə gəlməyəsən.Bir deyənə beş deyəsən,Arxada bir nərin ola.Amma qəribə burasındadır ki, bu ziyalı insanın arxasında ömrüboyu heç bir vəzifəli-pullu insan dayanmayıb. Onun arxasında dayanan el məhəbbəti, insanların sevgisi olub. Şairin istedadına və şəxsiyyətinə olan sevgi.Əziz dostlar, mən Şiruyənin kitabını çox gec tapdım, (xoş təsadüf nəticəsində) gec oxudum. Biz həmişə öz mənəvi xəzinələrimizin qiymətini belə gec bilmişik. Bütün bəşəriyyət bu vəziyyətdədir, Türkiyə Orxan Pamuku, Argentina Maradonanı, ABŞ Mayk Taysonu anlamır. Fransa Şarl Bodleri, Rusiya Qoqolu anlamayıb. Vaxt var ikən mənəvi xəzinələrimizin qədrini bilin, dostlar, yoxsa gec olacaq. Çooox gec olacaq.Və nəhayət sonda yazımı Şiruyə müəllimin bir şeiri ilə bitirmək istəyirəm. Bu şeir kimi onlarla gözəl şeir oxumaq istəyirsinizsə, Sərraf Şiruyənin kitablarını mütləq tapıb oxuyun.Gözəllik, göyçəklik hər bir insana,Taleyin verdiyi öz qismətidi.Nə uca boyum var, nə gözəlliyim,Mənə də verilən söz qismətidi.***Salar qəza-qədər kələk aparar.Gülün qoxusunu külək aparar,Bülbülün çəkdiyi naz qismətidi.***Ey könül həsrətim, ürək ax-vayım.Bir quru baxışa qalıbdı payım,Qoy baxsın doyunca, göz qismətidi.Çox sağ olun, Şiruyə müəllim! Yaxşı ki, varsınız!
Mövlud MÖVLUD [email protected]Bu yazı ( 740 ) - dəfə oxunmuşdur