12px14px16px18px

“İrfan” jurnalının növbəti sayı nəşr edilib

01:14 / 25.05.2012
 “İrfan” ictimai fikir jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın “İrfani baxış” adlı bölümündə yer alan “Bir ovuc insan” başlıqlı məqalədə Nurlan Məmmədzadə kamil insanın cəmiyyətdəki mövqeyindən və əhəmiyyətindən bəhs edib. Elşən Rzayevin qələmə aldığı “Bəşəriyyətin ümumi dərdi: Keyfiyyətli insan əskiyi” məqaləsində qeyd edilib ki, kainatda ən dəyərli varlıq keyfiyyətli insandır və hər şey keyfiyyətli insanla məna qazanır: “Dünyanın ən böyük dərdi keyfiyyətli insan əskikliyidir. Bu gün dünyada neçə-neçə zəngin sərvətə sahib olan fərd və millətlər var ki, varlıq içərisində yoxluq yaşayırlar. Deməli, sərvəti yerli-yerində istifadə edəcək keyfiyyətli insanlar olmazsa, sərvət fəlakət səbəbi olar”. Eldar Kərimov “Markamızın dəyəri” başlıqlı məqaləsində istifadə etdiyimiz hər şeyin markasına xüsusi diqqət yetirdiyimizi, xarici, bahalı markaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırıb: “İnsanın da markası onun dini, mənsub olduğu zümrə, doğulub yetişdiyi ailədir və etdiyimiz sadə bir səhv bütün fikirləri alt-üst etməyə qadirdir”. Jurnala millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa ilə müsahibə də daxil edilib. Fazil Mustafa bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan türklərinin dini-fəlsəfi dünya görüşü: fəlsəfi aspekt” adlı kitabı barədə sualları cavablandırıb, millətlərin formalaşmasında dini kimliyin rolundan söhbət açıb. “Bir yanlışı düzəldək” başlıqlı səhifədə Məmməd Afiq “Zənci yoxsa Qaradərili?” adlı məqalədə qaradərili insanlara zənci deyilməsinin yanlış olduğunu açıqlayıb. Salih Zeki Meriç “Namazı vüslətə çevirmək”, Saleh Şirin “Qul haqqı”, Mehman İsmayılov “Əmanət və qiyamət”, Akif Hüseynli “Müdriklərdən öyüdlər”, İbrahim Erol “Dahi islam mütəfəkkiri İbn Xaldun”, Mübariz Əlioğlu “Qorxu və ümid arasında”, Aqil Əliyev “Bəqərə surəsinin fəziləti”, Hasan Enes Ünlü “Qorxusuz qələm”, Adem Şahin “Mədəniyyətimizdə təmizlik”, Pərvanə Əfəndiyeva “Həsədin zərərləri”, Anar Qurbanov “Sual-cavab”, Samir Həmzəyev “Hörmət yoxsa?..”, Kamran Məmmədov “Hikmət lövhələri”, Ülvi Məmmədov “Həyat dəftərindən” məqalə ilə, Sədri Mazhar Bilginlə müsahibə jurnalın bu sayında öz əksini tapıb. GÜNEL


Bu yazı ( 246 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar