12px14px16px18px

Türkər Qasımzadənin daha bir yaradıcılıq uğuru

00:16 / 23.05.2012 Bu yaxınlarda Türkər Qasımzadənin bəstəkar bioqrafiyası Amerikada daha bir yaradıcılıq uğuru ilə zənginləşdi. Onun “Refraction” (“İşıq şüasının sınması”) adlanan musiqisi tanınmış amerikan dirijoru Qrant Gilmanın rəhbərliyilə Sinsinnati universitetinin gənclər orkestrinin ifasında səsləndi. Bu, həmin musiqinin ikinci ifası idi. Ötən il əsəri ilk dəfə Bakıda Ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Qara Qarayev adına dövlət kamera orkestri filarmoniyada “Zamanla üz-üzə” beynəlxalq layihə çərçivəsində ifa etmişdi.
Türkər Qasımzadə hazırda ABŞ-dadır. O, Nyu York konservatoriyasının bəstəkarlıq üzrə magistratura kurslarını bitirəndən sonra Ohayo ştatında Sinsinnati universiteti nəzdindəki konservatoriyada Heydər Əliyev Fondunun dəstəyilə bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.



Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar