12px14px16px18px

Rəsul Rza Mükafatı yeni laureatlara təqdim olunub

00:38 / 19.05.2012  
Mayın 19-u Azərbaycan poeziyasının görkəmli nümayəndəsi olan Xalq şairi Rəsul Rzanın doğum günüdür. Bununla əlaqədar mayın 17-də Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza Mükafatının təqdimetmə mərasimi keçirildi. Xatırladaq ki, bu mükafat Rəsul Rza irsinə, ədəbiyyatımıza xidmət edən şair və yazıçılarımıza, tədqiqatçılarımıza təqdim olunur. Tədbiri girişi sözü ilə Xalq şairi, Beynəlxalq Rəsul Rza fondunun prezidenti Fikrət Qoca açaraq unudulmaz şairin həyat və yaradıcılığından danışdı, onun fəaliyyətini örnək kimi vurğuladı: “Ədəbiyyatımızın böyük, təkrarolunmaz siması Rəsul Rzanın adını daşıyan fondun mükafatlarına layiq olanlar çoxdur, amma bu il beş nəfər bu mükafata layiq görülüb: Sadıq Elcanlı, Şəfəq Sahibli, Oqtay Əliyev, Nijad Mikayılzadə, Aydın Xan”. Tədbirdə professor Əsədulla Qurbanov, şairlərdən Yusif Nəğməkar, Sona Xəyal, Aydın Xan, Qəşəm Nəcəfzadə çıxış edərək laureatlara təbriklərini çatdırdılar, Rəsul Rza yaradıcılığından, onun poeziyasının özünəməxsusluğundan danışdılar. Mərasimin sonunda çıxış edən AYB sədri, Xalq yazıçısı Anar Rəsul Rzanın xatirəsini əziz tutan, şairin yaradıcılığına xoş münasibət bəsləyən, şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verən insanlara təşəkkürünü bildirdi. GÜNEL


Bu yazı ( 236 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar