12px14px16px18px

“Hacı Qara”ya ictimai baxış keçirilib

00:38 / 19.05.2012
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında XIX əsr ictimai və mütərəqqi fikrin ən görkəmli nümayəndəsi, maarifçi, mütəfəkkir, Azərbaycan Milli dramaturgiyasının banisi M.F.Axundzadənin “Hacı Qara” komediyasına ictimai baxış olub. Bu barədə teatrın mətbuat xidmətinin məlumatında deyilir. Dövlət Gənc Tamaşçılar Teatrında ilk dəfə 2003-cü ildə səhnələşdirilən tamaşasının quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam Altay Səidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır. Yeni tamaşada rolları əməkdar artistlər İlqar Cahangirov, Lətifə Əliyeva, Naibə Allahverdiyeva, Rahib Əliyev, aktyorlar Manaf Dadaşov, Ceyhun Məmmədov, Şəbnəm Hüseynova, Ədalət Əbdülsəmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Sərvər Əliyev, Natiq Fərzəliyev, Bəxtiyar Kərimov, Müşviq Əliyev, Ələsgər Qurbanəliyev, Eldar İmanov və başqaları canlandırıb. Xəsislik, tüfeyli yaşam tərzinin əks olunduğu tamaşa dahi dramaturqun anadan olmasının 200 illik yubileyinə həsr olunub. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyun ayının 1-də M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış Respublika Teatr Festivalı keçiriləcək. Sözügedən tamaşanın premyerası iyun ayının 16-da festival çərçivəsində baş tutacaq. HÜSNİYYƏ


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar