12px14px16px18px

Bakıda polyak yazıçısı və pedaqoqu Yanuş Korçak haqqında film göstərilib

00:53 / 18.05.2012  
Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Korçak” bədii filminin nümayişi keçirilib. Tədbir iştirakçılarını Polşanın Azərbaycandakı səfiri Mixal Labenda salamlayıb və filmin qəhrəmanı – görkəmli pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak barədə ətraflı məlumat verib. Polyak dilində yayımlanan filmi Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetlərinin tələbələri, polyak icmasının nümayəndələri seyr ediblər. İkinci dünya müharibəsi zamanı Varşavadakı qettoda yəhudi uşaqlar üçün yaradılmış uşaq evinin rəhbəri Yanuş Korçakdan bəhs edən “Korçak” bədii filmi Polşanın tanınmış rejissoru Andjey Vayda tərəfindən real hadisələr əsasında çəkilib.


Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar