12px14px16px18px

Bakıda “İstanbul Şopping Festival”la bağlı mətbuat konfransı olub

14:17 / 17.05.2012
İyunun 9-dan 29-dək İstanbulda keçiriləcək II ticarət, mədəniyyət və əyləncə festivalı (İstanbul Şopping Festival) ilə əlaqədar bugünlərdə Bakıda mətbuat konfransı təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslan bildirib ki, ötən ilki festival turistləri İstanbula cəlb etmək məqsədi daşıyıb. Onun sözlərinə görə, ötən il ölkə daxilindən və xaricdən festivalda 5 milyon ziyarətçi iştirak edib. S.A.Arslan deyib ki, festival çərçivəsində İstanbulda konsertlər, moda nümayişi, mövsümü mallara 50 faizə çatan endirimlər olunur, ticarət mərkəzlərində lotoreyalar və müxtəlif əyləncələr təşkil edilir. İstanbul Şopping Festivalın icraçı direktoru Füsun Sönmez ötən il keçirilən festival nəticəsində İstanbulda ticarət dövriyyəsinin 126 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, ötən il festivalda İran, Azərbaycan və Rusiya vətəndaşları daha çox alış-veriş edib. F.Sonmez deyib ki, bu il 21 gün davam edəcək festival iyunun 8-də Taksim Meydanında təşkil olunacaq mərasimlə açılacaq və Türkiyə müğənnisi Hadisənin konserti ilə davam edəcək. Mətbuat konfransında Azərbaycanın Xalq artisti Aygün Kazımova da iştirak edib. Festivala qatılacağını bildirən müğənni “harda alış-veriş varsa, orda mən də varam” – deyib.


Bu yazı ( 33 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar