12px14px16px18px

“Azərbaycan”ın yeni sayı işıq üzü görüb

00:34 / 15.05.2012
Növbəti sayı yenicə işıq üzü görən “Azərbaycan” jurnalının bu nömrəsində 75 yaşlı şair Musa Yaqubun şeirləri yer alıb. “Poeziya” bölümündə Tofiq Məliklinin və İnqilab İsaqın şeirləri, həmçinin Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə Etibar Etibarlının qələmə aldığı “Bir ömrün akkordları” poemasından bir parça daxil edilib. Jurnalın “Nəsr” bölməsində yazıçı Elçin Hüseynbəylinin “Azıx” romanı, Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı və Yaqub Əlioğlunun “Qurd ürəyi”, “Səs” adlı hekayələri var. “Yeni tərcümələr”də M.Y.Lermontovun “Jurnalist, oxucu, yazıçı” poeması Səyavuş Məmmədzadənin tərcüməsində oxuculara təqdim olunub. Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” səhifəsində Zaman Əsgərlinin “Nizamişünaslıq, uğurlar, prespektivlər” və Ağahüseyn Şükürovun “Mühacir şair ömrü” başlıqlı məqalələri öz əksini tapıb. Mətanət Vahidovanın “Ta var əlində cami-mey” yazısı “Gənc tənqidçinin tribunası” başlığı ilə verilib. Yazıda müəllif Seyid Əzim Şirvaninin lirikasında “çayxana” və “şərab” anlayışlarını təhlil edib. Əlizadə Əsgərin qələmə aldığı “Cavid dünyası” başlıqlı məqaləsi isə “Kitablar, rəylər” bölməsində yer alıb. Nəşrin son səhifələrində yer alan “Söz xəzinəmizdən” başlıqlı guşəyə daxil edilən “Əlyazmalar İnsitutunun yeni nəşrləri” Paşa Kərimovun təqdimatında çap olunub. Jurnalın son səhifələrində isə yeni nəşr olunmuş kitabların qısa xülasələri verilib. GÜNEL


Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar