12px14px16px18px

Şuşa Teatrı “Şuşam mənim” adlı aksiyalara start verib

00:44 / 04.05.2012


Şuşa Dövlət Musiqili Dram Teatrı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi ilə birlikdə Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar “Şuşam mənim” adlı aksiyalara start verib. Teatrın direktor müavini Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, aksiya ölkə prezidentinin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında” sərəncamına uyğun keçirilir.
Mayın 1-də ilk aksiya Bakı Slavyan Universitetində təşkil olunub. Bu gün Bakının 53 saylı orta məktəbində, mayın 4-də Gədəbəydə, mayın 5-də Şəmkirdə, mayın 7-də “Azersun Holding”in Mədəniyyət Mərkəzində, mayın 8-də Xırdalan Mədəniyyət Evində keçiriləcək aksiyalar zamanı Şuşa ilə bağlı çıxışlar səslənəcək, Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşası göstəriləcək.




Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar