12px14px16px18px

“Humay”ın yeni laureatları mükafatlandırılıb

01:06 / 03.05.2012
Bu günlərdə Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında “Humay” mükafatının 22-ci təqdimatı keçirilib.
“Kino” nominasiyasında “Buta” tammetrajlı bədii filmi (ssenari müəllifi və rejissor İlqar Nadjaf), “Teatr” sahəsi üzrə beynəlxalq teatr layihələrinin uğurla həyata keçirilməsinə görə ÜNS Yaradıcılıq Səhnəsi mükafata layiq görülüb.
“Ədəbiyyat” nominasiyasında yazıçı-publisist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid uğurlu ədəbi fəaliyyətə və ədəbiyyatın fəal təbliğinə görə “Humay” mükafatı ilə təltif olunub. Milli Dram Teatrının aktrisası Məsmə Aslanqızı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşasındakı rolu ilə “Humay” qazanıb.
Bəhram Bağırzadə “Gəncliyimin şəhəri” kitabı ilə mükafatçılar sırasında yer alıb. “Elm” nominasiyasında Gülbəniz Babaxanlı, təsviri incəsənət sahəsində rəssam Mais Ağabəyov, Televiziyada “Mədəniyyət” kanalı (“Musiqi xəzinəsi”) silsiləsi qalib seçilib. “İdman” üzrə taekvondoçu Fəridə Əzizova,”Musiqi”də Cavid İmamverdiyev, Sərxan Sərxan və Fikrət Əmirov adına dövlət mahnı və rəqs ansamblı mükafatlandırılıb.



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar