12px14px16px18px

Məmməd Səid Ordubadinin 140 illik yubileyi qeyd olunub

01:05 / 03.05.2012
Mayın 1-də görkəmli nasir və şair Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları, yaxın qohumları və ictimaiyyət nümayəndələri əvvəlcə yazıçının Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Sonra tədbir yazıçının xatirə muzeyində davam etdirilib.
Burada M.S.Ordubadinin kitablarından, xatirə əşyalarından ibarət sərgi açılıb.
Muzeyin direktoru Lalə Abaszadə ölkə prezidentinin sərəncamı ilə yazıçının 140 illiyinin geniş qeyd ediləcəyini bildirib.
Çıxış edənlər ədibin həyat və yaradıcılığından söhbət açaraq qeyd ediblər ki, silsilə tarixi romanlar müəllifi kimi tanınmış ədib bir-birinin ardınca “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları, povestləri, dram və hekayələri, liberetto və şeirləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib.
Tədbirdə Yasamal rayonundakı 167 nömrəli məktəbin şagirdləri ədibin felyetonlarından nümunələr söyləyiblər.
Sonda M.S.Ordubadinin yaxın qohumu Səadət Səttarova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
GÜNEL




Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar