12px14px16px18px

Bəstəkar Rauf Hacıyevin 90 illik yubileyi qeyd olunacaq

01:05 / 03.05.2012
Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin bu il 90 illiyi tamam olur. Bununla əlaqədar mayın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi onun müəllifi olduğu "Talelər qovuşanda" tamaşasını nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Emil Heydərov və başqaları çıxış edəcək. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının binasında oynanılacaq. Operettada əsas partiyaları isə tanınmış vokalçı Nərgiz Kərimova (Nərgiz) və müsabiqə yolu ilə teatra qəbul edilən gənc solist Elvin Əliyev (Əli) ifa edəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, Rauf Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olub. Onun yaradıcılığında teatr tamaşalarına və filmlərə yazdığı musiqi də çox önəmlidir.
Qeyd edək ki, Rauf Hacıyev onlarla filmin və teatr tamaşasının musiqi müəllifi olub.




Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar