12px14px16px18px

“Dolu”nun çəkilişləri yekunlaşır

01:05 / 03.05.2012
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, tanınmış yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında eyniadlı bədii film çəkilir. Kinostudiyadan bildirilib ki, hələ ötən ilin yayında çəkilişlərinə başlanmış film tamamlanmaq üzrədir. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirovdur.
Redaktoru Ramiz Fətəliyev olan filmin rejissorları əməkdar artistlər Ənvər Həsənov, Əliqulu Səmədov, bəstəkarı Polad Bülbüloğludur.
Rollarda Fuad Poladov, Məmməd Səfa, Fərhad İsrafilov, Gülzar Qurbanova, Şamil Süleymanov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov və başqaları çəkiliblər.
GÜNEL




Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar