12px14px16px18px

Lalə Məmmədova opera səhnəsində Leyli obrazında çıxış edib

11:35 / 02.05.2012
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının nümayişi keçirilib. APA-nın məlumatına görə, tamaşada Leyli obrazında əməkdar artist Lalə Məmmədova, Məcnun rolunda isə Səbuhi İbayev çıxış edib. 3 pərdəli, 6 şəkilli operada Leylinin anası əməkdar artist Sahibə Abbasova, atasını əməkdar artist Nizami Bağırov, Məcnunun atasını Elnur Zeynalov, anasını aktrisa Afaq Ağayeva, Nofəl obrazını Xalq artisti Şahlar Quliyev, İbn-Səlam və Zeyd obrazlarını əməkdar artist Təyyar Bayramovla Nəzər Bəylərov ifa edib.
Operanın premyerasına qonaq qismində Xalq artistləri Ağaxan Abdullayev, Flora Kərimova, Siyavuş Kərimi, Faiq Ağayev, Rafiq Hüseynov, Fuad Poladov, əməkdar artist İlqar Muradov, kinorejissor Oqtay Mirqasımov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları qatılıb.



Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar