12px14px16px18px

“Yada düşdü” jurnalının daha bir sayı çapdan çıxıb

00:23 / 01.05.2012
“Yada düşdü” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın ilk səhifəsində Cəmil Əlibəyovun “İnsanla yaşayır hər zaman insan” başlıqlı məqaləsi yer alıb. Məqalə görkəmli nasir İsa Hüseynova həsr olunub. Jurnalın “Qəlbimizə yazılan şeirlər” başlıqlı səhifəsində Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şeiri öz əksini tapıb. Yazıçı Elçin Hüseynbəylinin “Gözünə gün düşür” hekayəsi, Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabından “Molla Nəsrəddin” təxəllüslü Mirzə Cəlil Məmmədquluzadənin əsil-nəcabəti və uşaqlıq illəri haqqında” olan hissə də jurnalın bu sayındadır. “Poeziya, poeziya” başlıqlı bölmədə Akif Səmədin və Aydın Qurbanoğlunun şeirləri verilib. Jurnalın “İllərin yadigarı” bölməsində Xalq şairi İlyas Tapdığın Məmməd Araza həsr etdiyi “Şair dostum Məmməd Arazın məktubları” başlıqlı yazısı oxuculara təqdim olunub. İlyas Adıgözəllinin “Unuda bilmərəm” adlı məqaləsi “Xatirələrin işığında” adlı səhifəyə daxil edilib. Mərhum Eldar Baxışın “Əli Vəliyev haqqında bildiklərim, eşitdiklərim” başlığı altında vaxtilə qələmə aldığı yazıda görkəmli ədibin lətifəyə çevrilmiş əhvalatları toplanıb. “Xəyalımdan boylanan şeirlər” adlı guşədə tənqidçi Vaqif Yusifli qələmə aldığı “Məni bu şeirə bənövşələr, bir də ay işığı gətirdi” başlıqlı yazısında şair Məstan Əliyevin yaradıcılığından söhbət açıb. “Proza, proza” bölməsinə Nüşabə Əsəd Məmmədlinin “Həzrət Abbas ərizəsi”, Qədir Tərtərlinin “Qalmaqal” başlıqlı məqalələri daxil edilib. Jurnalda Əlövsət Bəşirlinin əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Əvəzağa Məlikovun 80 yaşı münasibəti ilə qələmə aldığı “Keçib sinəm üstdən illər karvanı”, Zivər Hüseynovanın “Atam Mehdi Hüseyn haqqında xatirələrim”, Sabir Əhmədlinin “Qırxdan bir əskik” memuar yazıları da var. Bu sayın səhifələrində alqışlar, dualar, müdrik kəlamlar, tez-tez işlədilən atalar sözləri, yeni nəşr edilən maraqlı kitabların xülasələri də verilib.
GÜNEL




Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar