12px14px16px18px

Pərvinin “Qar yağacaq” kitabı üçün İmza günü keçirilib

00:18 / 01.05.2012
Aprelin 29-da “N.Nərimanov” metro stansiyasının yaxınlığındakı “Metro Park” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının İmza günü olub. İmza gününə daha çox gənclər və kitabsevərlər toplaşıblar.
Gənc yazar Pərvinin bu kitabı Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından ikinci nəşrdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Pərvin Gənc Ədiblər Məktəbinin məzunudur. Mətbuatda ədəbi söhbətlər, esse, hekayə və publisistik qeydləri ilə ardıcıl olaraq çıxış edir. Pərvin Modern.az saytına deyib ki, kitaba 1 povest və 9 hekayə daxildir. Müəllif yazılarında daha çox gənclərin problemlərini önə çəkməyə çalışır, onun hekayələrində zərif qadın yanaşması, emosional, estetik cizgilərlə yanaşı, dərin alt qatlar da özünü göstərir.
Kitaba ön sözü Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid yazıb, nəşrin redaktoru Mustafa Çəmənlidir.



Bu yazı ( 198 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar