12px14px16px18px

“Ulduzlar “Eurovision”u dəstəkləyir”

00:11 / 01.05.2012
Aprelin 29-da Dənizkənarı Milli Parkda açıq havada “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində “Ulduzlar “Eurovision”u dəstəkləyir” adı altında konsert keçirilib. Konsert müsabiqənin Azərbaycandakı rəsmi FanKlubunun təşəbbüsü ilə keçirilib və əsas məqsədi yarışma ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.
Bakı sakinləri ilə yanaşı paytaxt qonaqlarının da izlədiyi konsertin aparıcısı Murad Dadaşov olub. Proqramda “Eurovision – 2010” müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə, “Eurovision-2012” yarışmasında Gürcüstanı təmsil edəcək Anri Joxadze (Anry Jokhadze), dj Çina Mustafayev, Eldar Qasımov və Nigar Camal çıxış ediblər. Eldar və Nigar ötən il Azərbaycana qalibiyyət gətirən “Running scared” mahnısını səsləndiriblər. Konsertdə 2008-ci ildə “Eurovision” təmsilçisi olmuş Diana Qurtskaya və Ani Lorak da çıxış ediblər. Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov isə konsertdə ən çox mahnı səsləndirən ifaçı olub. O, “Eurovision-2012” müsabiqəsinin təşkilatı baxımdan yaddaqalan və fərqləndirici olacağına inandığını vurğulayıb.
Konsert Xəyyam Mustafazadənin Müslüm Maqomayevin bəstəkarı olduğu “Azərbaycan” mahnısını ifası ilə başa çatıb. Qeyd edək ki, müsabiqənin Azərbaycandakı rəsmi FanKlubu 2008-ci ildə aprelin 1-də yaradılıb. 2012-ci ilin martın 1-dən bu günə qədər artıq sosial şəbəkələrdə 100.000 nəfərdən çox insanın Fan Kluba qoşulması nəticəsində, klub ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz “Eurovision-2012”yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.
BƏXTİYAR




Bu yazı ( 109 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar