12px14px16px18px

İngiltərədə Ümumdünya Şekspir Festivalı başlayıb

06:38 / 28.04.2012
Dünya dramaturgiyasının ən görkəmli nümayəndələrindən olan Vilyam Şekspirin 2014-cü ildə qeyd olunacaq 450 illiyi Stratford-upon-Avonda Dünya Şekspir Festivalına start verilib. Bu festival indiyə qədər dramaturqa həsr olunmuş festivallar arasında ən irimiqyaslı tədbirdir. ABŞ, Meksika, Rusiya, İraq və Braziliya şirkətləri Stratford-upon-Avonda səhnələşdirmə işlərinə cəlb olunub. Teatr truppalarının bəzilərinin 2012-ci il Olimpiadasının final səhnələrinin təşkili üçün Londona yola düşəcəyi də istisna olunmur. Xəbərə görə, festivalın yüksək səviyyədə keçirilməsi üçün 60-a yaxın təşkilat birləşib. Dünyanın hər yerindən minlərlə aktyor Londonda, Nyukaslda , Stratford-upon-Avonda, Birminghamda, Uelsdə , Şotlandiyada təşkil olunacaq 70-ə yaxın səhnələrdə və əlavə dəstək tədbirlərində işirak üçün “Dumanlı Albion”a təşrif buyurub. Tədbir səhnə döyüşləri, məşqlərin təşkili və hekayə söyləmə seminarlarını da özündə birləşdirir.
Festival üçün bir milyondan çox bilet satışa çıxarılıb. Tədbirlərin aprelin 23-dən bu ilin noyabrına qədər davam edəcəyi gözlənilir. Təşkilatçıların bildirdiyinə görə, festivalın əsas məqsədlərindən biri Britaniya cəmiyyətinə müxtəlif mədəniyyətlərin yüksək səviyyədə təqdimatını nümayiş etdirməkdir.
RÖYA



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar