12px14px16px18px

Azərbaycan Diplomatik Akademiyası beynəlxalq mədəniyyət festivalı təşkil edəcək

11:19 / 27.04.2012
Aprelin 27-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və onun Kitab Mərkəzi II Beynəlxalq Festival təşkil edəcək. Akademiyadan verilən məlumata görə, ADA Kitab Mərkəzində keçiriləcək festivalın məqsədi, iyirmiyədək ölkənin nümayəndələrini bir yerə gətirməklə, müxtəlif mədəniyyətlər arasında dialoq yaratmaq və Azərbaycandakı beynəlxalq tələbələrin ünsiyyət qurmasına şərait yaratmaqdır. Festivalda Azərbaycandakı səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən, ADA-da təhsil alan əcnəbi tələbələr iştirak edəcəklər. Qeyd edək ki, I Beynəlxalq Festival 2011-ci ilin aprelində keçirilib. 17 səfirliyin iştirakı ilə keçirilmiş tədbirdə müxtəlif rəqs və musiqi nümunələri ifa olunmuş, fərqli ölkələrin milli mətbəxləri, rəngarəng ölkə stendləri və milli geyimlər təqdim edilmişdi. İlk festivalda 200-dən artıq qonaq iştirak edib. Məlumatda bildirilib ki, builki festivalla isə 20 ölkənin səfirliyi öz ölkəsini və mədəniyyətini sərgiləyəcək. Qonaqlar səfirliklərin nümayəndələri ilə görüşəcək, onların fəaliyyətləri ilə tanış olacaq, xarici təşkilatlar və tələbələrlə ünsiyyət quracaq, müxtəlif mədəniyyətlər barədə məlumat almaq şansı qazanacaqlar. Qonaqların, həmçinin, böyük çeşiddə milli mətbəxlərin dadına baxmaq, musiqi və rəqs ifalarından zövq almaq imkanı olacaq. S.QARAYEVA  


Bu yazı ( 67 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar