12px14px16px18px

Salam Sarvan: “Anara qarşı hücumlarda namərdlik çalarları da var”

00:22 / 26.04.2012
Anara qarşı hücumlarda namərdlik çalarları da var. Mən bunu neçə ildi görürəm. Və bu ürəkağrıdan bir mənzərədir. Namərdlik çalarları Anara qarşı hücumların şəxsiyyətə yönəlik təşkil olunmasındadır, onun kampaniya xarakterindədir.
Bir vaxtlar özümə qarşı da belə bir kampaniyanı yaşamış adam kimi, bu cür eybəcərliklərin anatomiyasına təxminən bələdəm: adam təmkin göstərdikcə, üstünə daha çox gəlirlər. Sənin təmkinin üzərində dünyanın ən axırıncı qorxağı da ictimai rəyə öz “cəsarətli” obrazını təqdim etməyə çalışır. Sən “qaçdıqca” qovurlar.
Anara qarşı hücumların mahiyyətində xarakter yoxdur. Bu hücumlarda əksər məqamlarda “ədəbiyyat davası” deyilən bir niyyət olmayıb.
Anara qarşı təhqirlə çıxış edənlərin əksəriyyəti öz ünvanlarına xırda bir tənqidə belə dözümsüzdürlər, o dəqiqə müvazinətlərini itirirlər, çaş-baş düşürlər.
Təxminən 5 il əvvəl AYB-yə qarşı mətbuatda iradlarla çıxış etməyi məhz buna görə dayandırdım – Anarın şəxsiyyətinə yönəlmiş dalğanın təşkilatçılarının dəyirmanına su tökməmək üçün Anarın cavab verməyə məcbur olmasını anlayışla qarşılayaram. Məsələn, ədəbiyyat iddiasına rəğmən yazdığı “şeirlər” meyxana səviyyəsindən də aşağı olan Elnur Astanbəylinin Anarla “ədəbiyyat davası” artıq gülməli deyil ki, təbəssüm göstərib keçəsən, bu artıq faciədir, ağrıdır.
Allah var!



Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar