12px14px16px18px

Belarus rejissorunun Azərbaycan opera səhnəsindəki işi təqdim olunacaq

01:04 / 25.04.2012

Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri – Toska partiyasını ilk dəfə ifa edəcək gənc və istedadlı vokalçı Çinarə Şirini tamaşaya hazırlamaq üçün Opera Teatrının rəhbərliyi tanınmış opera rejissoru Marqarita İzvorska-Elizaryevanı Bakıya dəvət edib. M.İzvorska-Elizaryeva Belarus Dövlət Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, Belorusun Əməkdar İncəsənət Xadimi, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının rejissorudur.
Tamaşanın dirijoru Belarus Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Ukraynanın əməkdar artisti, professor Viktor Ploskinadır. Tamaşada Kavaradossi partiyasını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvət olunmuş solisti, Gürcüstanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.



Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar