12px14px16px18px

Paytaxt məktəblərində Azərbaycan dili və ədəbiyyat aylığına yekun vurulub

00:30 / 25.04.2012

Dünən Bakıda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat aylığının yekununa həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib ki, aylığın keçirilməsində əsas məqsəd Bakının ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsidir. Həmçinin təbliğini nəzərdə tutan tədbirlərin həyata keçirilməsini təmin etməkdir.
N.Rzaquliyevanın sözlərinə görə, ötən ilin dekabr ayı BŞTİ tərəfindən “Riyaziyyat aylığı” elan olunmuşdu: “Riyaziyyat aylığı” əsasən 7 istiqamət üzrə həyata keçirildi. “Riyaziyyat müəlliminin ən yaxşı pedaqoji mühazirəsi”, “Ən yaxşı riyaziyyat kabineti”, “Ən yaxşı açıq dərs”, “Ən yaxşı riyaziyyat fənn metodbirləşməsi”, “Şagirdlərin riyaziyyat fənnindən ən yaxşı yaradıcı işləri (referat, məqalə və sair), “Ən yaxşı sinifdənxaric tədbir və onun ssenarisi”, “Digər fənn müəllimlərinin dərslərində riyaziyyat fənnindən ən yaxşı istifadə”. Aylıq çərçivəsində məktəbdə təşkilat komitəsi yaradıldı, metodbirləşmə sədrinin iştirakı ilə yığıncaq keçirildi, riyaziyyat müəllimlərinin pedaqoji mühazirəsi dinlənildi. Həmçinin sinif divar qəzetlərinin müsabiqəsi təşkil olunub, şagirdlərin iştirakı ilə konfrans keçirildi. İnformatikadan açıq dərs, şagirdlərin əl işlərindən ibarət sərgi və riyazi viktorina da təşkil olundu, 5, 6, 9-cu siniflərdə açıq dərslər, riyaziyyatın başqa fənlərlə əlaqəsi mövzusunda söhbətlər aparıldı. Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və dəyirmi masalar keçirildi, görkəmli riyaziyyatçılar ilə şagirdlərin görüşü təşkil olundu. Məqsədimiz fənnin tədrisi vəziyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək idi. Hətta fənn aylığı çərçivəsində Xəzər rayonunda iki orta məktəb arasında telekörpü təşkil edilib, qarşılıqlı dərs dinləmələri keçirildi”.
N.Rzaquliyeva vurğulayıb ki, “Riyaziyyat aylığı”nın yüksək səviyyədə təşkili üçün məktəb rəhbərinin tapşırığı ilə bütün lazımi işlər görülüb. Məktəbin girişində, dəhlizində, sinif otaqlarında aylığın keçirilməsi barədə elanlar, plakatlar asılıb, riyaziyyata aid pedaqoji mühazirələr təşkil olunub, açıq dərslərin qrafiki hazırlanaraq təsdiq edilib, İKT-nin tətbiqi ilə riyaziyyat dərslər keçilib. Riyaziyyata həsr olunan divar qəzetləri, bukletlər, bülletenlər hazırlanıb, riyaziyyat fənninə həsr olunan sinifdənxaric tədbirlər – gecələr, disputlar, dəyirmi masalar, şagirdlərlə ölkənin tanınmış riyaziyyatçı alimlərinin görüşləri təşkil edilib. Müəllimlərin və şagirdlərin riyaziyyata aid yaradıcı işlərindən ibarət sərgi də açılıb.
Sevinc QARAYEVA



Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar