12px14px16px18px

Elçin Hüseynbəyli cəlilabadlı oxucularla görüşüb

00:45 / 24.04.2012
Aprelin 21-də yazıçı Elçin Hüseynbəylinin cəlilabadlı oxucularla görüşü olub. “Bölgələrdə imza günü” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon ziyalıları və ədəbiyyatsevərləri iştirak ediblər. Mərasim rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Cəliliabad Mədəniyyət Evində gerçəkləşib. Tədbirin aparıcısı, “Yeni gün” qəzetinin redaktoru, yazıçı Böyükxan Bağırlı həmkarının həyat və yaradıcılıq yolu barədə toplaşanlara məlumat verib. E.Hüseynbəylini çağdaş dövrün istedadlı yazarlarından biri kimi tanıdığını deyən Bağırlı imza müəllifinin ölkə xaricində də tanındığını dilə gətirib. Şair Faiq Balabəyli yazıçının əsərlərinə qısa ekskurs edib və onu çağdaş dövrün cəsarətli və maraqlı yazıçısı kimi dəyərləndirib. Tədbirdə şair Ədalət Salman, Əlirza Həsrət, yazıçı Meyxoş Abdulla və başqaları da çıxış edib, imza gününün cəlilabad oxucuları üçün çox əhəmiyyətli olduğunu deyiblər. Elçin Hüseynbəyli öz çıxışında bildirib ki, layihənin məqsədi bölgələrdə kitablara diqqət cəlb etmək, ədəbiyyata marağın bərpa olunmasına çalışmaqdır. O, rayonda kitab evinin olmamasını təəssüf hissilə qeyd edib və inandığını bildirib ki, rayon rəhbərliyi bu problemin həllinə çalışacaq. Sonda yazıçı oxucular üçün “Yolayrıcında qaçış” romanını imzalayıb.



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar