12px14px16px18px

Əjdər Ol “Tütün limanı”nı imzalayıb

00:45 / 24.04.2012
Aprelin 22-də Azərbaycanın tanınmış şairi və nasiri Əjdər Olun “Tütün limanı” adlı yeni kitabının təqdimatı olub. “Qanun” nəşriyyatında işıq üzü görmüş kitaba müəllifin son illərdə yazdığı hekayələr, esselər və bir pyes daxil edilib. Yazıçı hekayələrində insan mənəviyyatının ən dərin qatlarına enir, ədəbi portretlərində sənətkarların tam fərqli tərcümeyi-hallarını yazır, pyesində incə dramatik məqamları üzə çıxarır.
“Mertopark” əyləncə-ticarət mərkəzindəki “Əli və Nino” kitab mağazasında keçirilən tədbirdə müəllif yeni kitabının nüsxələrini oxucular və qələm dostları üçün imzalayıb.






Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar