12px14px16px18px

Bakıda macar musiqisi və rəqslərindən ibarət konsert keçirilib

07:23 / 21.04.2012
Azərbaycanda təşkil olunmuş Macarıstan Mədəniyyət Günləri çərçivəsində Bakıda macar musiqisi və rəqslərindən ibarət konsert keçirilib. APA-nın xəbərinə görə, konserti Macarıstan kənd təsərrüfatı və regionların inkişafı naziri Şandor Fazekaş açıb. O bildirib ki, Macarıstan Azərbaycanı ilk tanıyan dövlətlərdən biri olub və 20 il əvvəl iki ölkə arasında diplomatik münasibətlər qurulub: “Ümid edirəm, mənim səfərim münasibətlərin daha da inkişafına xidmət edəcək”.
Nazir bu ilin payızında Azərbaycan prezidentinin Macarıstana səfərinin planlaşdırıldığını açıqlayıb. O, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın Macarıstanda mükafatlandırılacağını söyləyib. Qonaq iyun ayında Budapeştdə Azərbaycan rəqs kollektivinin konsertinin keçiriləcəyini də diqqətə çatdırıb.
Proqram Macarıstanın “Duna” ansamblının konserti ilə davam edib.





Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar