12px14px16px18px

“Azərbaycan”ın yeni sayı çapdan çıxıb

07:21 / 21.04.2012
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında Məmməd İsmayılın, Adil Mirseyidin, Zöhrab Zövünlünün, Əbülfət Mədətoğlunun və Gülbala Teymurun şeirləri verilib. Nəşrin “Yeni tərcümələr” bölməsində Jan Pol Sartrın “Yalnız həqiqət” pyesi Xalq yazıçısı Elçinin, Anna Svirşçinkanın şeirləri isə Rəfael Tağızadənin tərcüməsində yer alıb. Jurnalın “Nəsr” bölümündə Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı və Aydın Tağıyevin “Dan üzü ölən adam” adlı hekayəsi var. Hüseyn Mirtəqəvinin “Macar rapsodiyası” başlıqlı yazısı “Tarixin qan yaddaşı” başlıqlı səhifədə öz əksini tapıb. Yazıda Macarıstanda azadlıq istəyi ilə küçələrə çıxmış xalqın üstünə tank sürən bir əsgərin faciəli taleyindən bəhs edilir. “Ədəbi düşüncələr”də Səlim Babullaoğlunun “Dünya ədəbiyyatı bir konspektdə: “36 dramatik situasiya” məqaləsi və bu mövzuda digər bir yazıçısı dərc olunub. Jurnala Leyla Məmmədovanın qələmə aldığı “Rəsul Rzanın M.F.Axundzadə ədəbi irsinə münasibəti” başlıqlı məqalə, Yaqub Babayevin “Şah Qasım Ənvər”, Eldar Səfa Şahvələdlinin “Sözün divanı” yazıları və yeni nəşr edilən kitabların qısa xülasələri də daxil edilib.
GÜNEL



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar