12px14px16px18px

Tünzalə Ağayevanın “Dua”sı

14:08 / 18.04.2012
Əməkdar artist Tünzalə Ağayeva yeni konsert proqramı ilə çıxış edəcək. Sənətçinin Lent.az-a verdiyi xəbərə görə, mayın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsert “Dua” adlanacaq. Müğənninin sözlərinə görə, o, bu dəfə konsertdə Türk dünyasının böyük şairləri Nizaminin, Yunus Əmrə, Mövlanə Cəlallədin Rumi, Dilbazi, Səməd Vurğunun əsərlərindən oxuyacaq. Həmçinin müğənni özünün müəllifi olduğu mahnıları da konsertdə səsləndirəcəyini deyib. Əməkdar artist bildirib ki, həmin gün səhnəyə xalq artisti Nəzakət Teymurova, əməkdar artist Eyyub Yaqubov, Əbdül Xaliq, “Savalan” qrupunun bədii rəhbəri Novruz Novruzlu da çıxacaq.


Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar