12px14px16px18px

Masallıya “Azərbaycanın Folklor Paytaxtı”nın kuboku və loqosu təqdim edilib

00:48 / 17.04.2012
Masallı şəhərində yeni istifadəyə verilmiş “Gənclər Mərkəzi”ndə “Masallı Azərbaycanın Folklor Paytaxtıdır” adlı tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirə rayon İcra Hakimiyyəti aparatının işçiləri və ictimaiyyət nümayəndələri, millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, folklorşünas alimlər, Bakıda yaşayan Masallı ziyalıları və tanınmış incəsənət ustaları qatılıb.
Millət vəkilləri Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, xalq artisti İlham Əsgərov, Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov Masallı əhalisini fəxri ad münasibətilə təbrik ediblər. F.Babayev “Folklor Paytaxtı”nın kubokunu və loqosunu Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlıya və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovaya təqdim edib.




Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar