12px14px16px18px

Tələbələrin bədii yaradıcılıq festivalı Heydər Əliyevin 89 illiyinə həsr ediləcək

00:35 / 13.04.2012
Azərbaycan Dillər Universitetində (ADU) ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalı keçiriləcək. Universitetin mətbuat xidmətindən verilən xəbərə görə, festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Bədii yaradıcılıq festivalının keçirilməsinin əsas məqsədi tələbələrin milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etməkdir. Eyni zamanda tələbələrin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri istedadlı gənclərin üzrə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Məlumatda bildirilib ki, ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi üzrə tədbirdə münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Zöhrabov, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, əməkdar artist Anar Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli iştirak edəcək
S.QARAYEVA



Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar