12px14px16px18px

“Miras” Qətərdəki kinofestivalda nümayiş olunacaq

00:05 / 12.04.2012
Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi Qatarın Doha şəhərində keçiriləcək VIII “Aljazeera International Documentary Film Festival” kinofestivalında Azərbaycanı təmsil edəcək. Rejissorun APA-ya verdiyi məlumata görə, festival aprelin 19-dan 22-dək davam edəcək. Festivalın mükafatları uğrunda 35-dən çox ölkənin 100 yaxın filmi mübarizə aparacaq.
Xatırladaq ki, “Miras” filmi artıq Almaniya, Rusiya, Polşa, Rumıniya, Ukrayna, Latviya, Bolqarıstan, Moldova, Bosniya və Herseqovina və digər ölkələrdə nümayiş olunub. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.





Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar