12px14px16px18px

Folklor İnstitutu “Dədə Qorqud” sessiyası təşkil edib

04:05 / 10.04.2012
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud” sessiyası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın şifahi və yazılı ədəbiyyatının ən möhtəşəm abidəsidir: “Bu kitab əsl sirlər xəzinəsidir. Hansı yöndən yanaşsaq, bu dastanda açmalı, öyrənməli məsələlər həddən artıq çoxdur. Biz bu kitabı dünyaya və özümüzə layiqli şəkildə çatdırmalıyıq”.
Sessiyada “Dədə Qorqudun poetikası”, “Kitabi-Dədə-Qorqud”da təsvir olunan Oğuz elinin həyat tərzi, etnoqrafiyası, dövlətçilik sistemi, dastanın indiyədək açılmayan mübahisəli məqamları və oxunuşu ilə bağlı məruzələr dinlənilib.




Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar