12px14px16px18px

Mirzə Fətəliyə həsr edilmiş teatr festivalının qalibləri seçilib

11:25 / 07.04.2012
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin mükafatlandırma mərasimi aprelin 9-da saat 16.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Lent.az-ın verdiyi xəbərə görə, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin qeyd edilməsi məqsəd ilə Bakı Şəhər Xalq Teatrları Festivalında görkəmli ədibin pyeslərinin səhnələşdirilməsi nəzərdə tutulub və 13-15 fevralda İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rejissor və quruluş hissə müdirləri üçün treninqlər təşkil edilib. Festivala qatılan 15 xalq teatrı, dram dərnəyi və kukla teatrı böyük mütəfəkkirin dramaturqun 5 məşhur komediyalarını səhnələşdirib. Ümumilikdə Festivala qatılan Xalq kollektivlərində 93, dram dərnəklərində isə 42 həvəskar aktyor yer alıb. Festivalın baxış müsabiqəsi aprelin 2-dən 4-dən davam edib və 3 gün ərzində münsiflər heyəti kollektivlərin çıxışlarına münasibətlərini bildirərək, qalibləri müəyyənləşdiriblər.
Festivalın nəticələrinə əsasən əsas 3 yerdən əlavə – ən yaxşı rejissor işi, ən yaxşı musiqi tərtibatı, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu nominasiyaları üzrə də qaliblər seçilib.
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən Xalq teatrlarının işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə, artıq üçüncü ildir ki, Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilir.



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar