12px14px16px18px

İsrafil İsrafilov və Məryəm Əlizadə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak ediblər

12:06 / 06.04.2012
Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə 25-31 mart tarixlərində Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak ediblər.
Konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub. Qurumun yeni yaranmış Azərbaycan şöbəsinə rəhbərlik etmək üçün professor Məryəm Əlizadənin üzvlüyü təsdiqlənib.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına ölkəmizin üzvlüyü milli mədəniyyətimizin təbliği və inkişafı, eləcə də dünyada baş verən mədəni proseslərdə iştirakımız üçün geniş imkanlar açır.
Konqres çərçivəsində Azərbaycan teatrşünaslarından ibarət nümayəndə heyəti Polşanın teatr məkanı ilə daha yaxından tanış olub, bir sıra mühüm görüşlər keçirib. Beynəlxalq əhəmiyyət kəsb edən bu səfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında və Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planında nəzərdə tutulan milli teatrımızın beynəlxalq teatr məkanına inteqrasiyası istiqamətində atılan mühüm addımlardandır. Belə ki, dünya teatr məkanına inteqrasiya məqsədini qarşıya qoymuş Azərbaycan teatrının belə beynəlxalq nüfuzlu təşkilatlara üzv qəbul olunması milli teatrımızın beynəlxalq mədəni məkanda tanınmasına, nüfuzunun artmasına kömək edəcək.
GÜNEL





Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar