12px14px16px18px

Bu gün Bakıda “Yujnıy Kavkaz” jurnalının təqdimatı olacaq

01:31 / 15.03.2012
Martın 15-də saat 14.00-da “Atropat” hotelində (İçəri şəhər, Macarıstan səfirliyinin yanı) “Yujnıy Kavkaz” dərgisinin birinci və ikinci sayının təqdimat mərasimi keçiriləcək. Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya və Osetiya yazarlarının əsərlərindən ibarət toplu rus dilindədi. Birinci sayda Elçin Hüseynbəylinin, Elxan Zalın, Səlim Babullaoğlunun, Məqsəd Nurun, Rafiq Tağının əsərləri yer alıb. İkinci saya Qulu Ağsəsin şeirləri, Günel Anarqızı və Vahid Məmmədlinin hekayələri, Rəhman Bədəlovun Bakı haqqında essesi, Şirməmməd Nəzərlinin “Bakı lövhələri” silsilə fotosu daxildir. Tədbirdə ədəbiyyat, mətbuat və QHT nümayəndələri, beynəlxalq təşkilatın təmsilçiləri, xarici qonaqlar iştirak edəcəklər. Layihə koordinatorlarından Julyet Skofild və Marina Naqay (İngiltərə), eləcə də gürcü yazıçıları Dato Turaşvili, Quram Odişariya və Beso Xvedelidze qonaqlar arasındadır. Avropa Birliyinin “Güney Qafqazda dialoq və psixoloji sədlərin keçilməsi” layihəsi çərçivəsində reallaşdırılan almanax İngiltərənin “İnternəşnəl alyort” qeyri-hökumət təşkilatı, Britaniya hökumətinin maliyyə dəstəyilə hazırlanıb. Bundan başqa, region yazarlarının internet portalı da fəaliyyət göstərir. 2003-cü ildə Güney Qafqaz yazarlarının savaş hekayələrindən ibarət “Yaşamaq zamanı” toplusu nəşr olunub. Almanaxın beynəlxalq təqdimatının iyunun 10-15-də Londonda keçirilməsi planlaşdırılır.


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar