12px14px16px18px

Bəstəkar Elmira Abbasovanın 80 illiyi qeyd olunub

13:31 / 08.03.2012
Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli müsiqişünas-alim, əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 80 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə professor Elmira Abbasova barədə xatirələrini bölüşüb.
Daha sonra professor Zemfira Qafarova “Üzeyir Hacıbəyli irsi Elmira Abbasovanın əsas tədqiqat mövzusu kimi”, professor Oqtay Abasquliyev “Elmira Abbasovanın çoxşaxəli fəaliyyəti barədə düşüncələr”, sənətşünaslıq doktoru Rəna Məmmədova “Elmira Abbasovanın elmi işlərində milli özünəməxsusluq problemi”, professor İmruz Əfəndiyeva “Elmira Abbasovanın elmi nəzəri yaradıcılığı”, professor Gülnaz Abdullazadə “Azərbaycan musiqi elmində Elmira Abbasovanın ardıcılları”, professor Ülviyyə İmanova “Elmira Abbasovanın pedaqoji fəaliyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
GÜNEL



Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar