12px14px16px18px

Əliqismət Lalayev Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının iclasına qatılacaq

08:01 / 07.03.2012
Martın 10-da Sankt-Peterburq Opera Teatrında Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının növbəti yığıncağı keçiriləcək. Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə martın 9-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev yığıncaqda iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. Bu barədə teatrın mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, Assosiasiyanın ümumi yığıncağında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Rusiyaya qastrolları, Assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və Rusiya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə ediləcəkdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı binasının təmiri ilə əlaqədar olaraq, teatrda istismara veriləcək yeni texniki avadanlıqlar üzrə mütəxəssislərin tanınmış teatrlarda stajkeçmə məsələləri də müzakirə olunacaq məsələlər sırasındadır.
HÜSNİYYƏ



Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar