12px14px16px18px

Belarusun məşhur opera müğənnisi Bakıda çıxış edəcək

01:18 / 06.03.2012
Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Aida” operasının tamaşası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün tamaşada Aida partiyasını Belarusun tanınmış opera müğənnisi, Belarusun əməkdar artisti Nina Şarubina ifa edəcək. Vokalçı Almaniya, Avstriya, Finlandiya, Yaponiya, Tailandda keçirilən mötəbər beynəlxalq musiqi festivallarında dəfələrlə iştirak edib. N.Şarubina eyni zamanda Moskva “Yeni opera” Teatrının, Donetsk və Lvov Milli Akademik Opera və Balet Teatrlarının solistidir. Avstriya, İspaniya, Niderland, Fransa, İsveçrə və İtaliyada solo konsertlər, tamaşa və oratoriyalarda müxtəlif partiyalarda uğurla çıxış edib. Radames rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev, əsas partiyalardan biri – Amneris rolunu isə gənc vokalçı Səbinə Vahabzadə ifa edəcəklər. Tamaşada, həmçinin Opera və Balet teatrının aparıcı solistləri, Azərbaycanın əməkdar artistləri Əli Əsgərov (Misir şahı), Əvəz Abdullayev (Amonasro), Əkrəm Poladov (Ramfis) və Gülnaz İsmayılova (Kahinə) da çıxış edəcəklər.


Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar