12px14px16px18px

Bahalı ofis reytinqi açıqlandı

12:09 / 27.04.2012
Ofislərin ən yüksək qiymətə icarəyə verildiyi şəhərlərin siyahısı açıqlanıb. “Media forum” saytı xəbər verir ki, siyahıya Honkonq başcılıq edir. Bu şəhərdə 0,09 kvadratmetr ofis ərazisi 244 ABŞ dollarına icarəyə verilir. İkinci yerdə London(239 dollar), üçüncü yerdə Tokio (197 dollar) gəlir. Moskva (148 dollar) dördüncü, Pekin (130 dollar) beşinci yerdədir. Siyahıdakı ilk onluqda sonrakı sıralama belədir: Nyu-York (120 dollar), Sidney (119 dollar), Rio-de-Janeyro (109 dollar), Paris (106 dollar), Sürix (98 dollar). Reytinqi beynəlxalq şirkət – “Knight Frank” tərtib edib.



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar