12px14px16px18px

Azərbaycan səfiri Corc Buşa Fəxri Fərman təqdim etdi

11:36 / 25.04.2012


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfər çərçivəsində ABŞ-ın sabiq prezidenti Corc Buşun (böyük) Hyustondakı ofisinə baş çəkib və Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş Fəxri Fərmanı sabiq prezidentə təqdim edib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir həmçinin Heydər Əliyevlə Corc Buşun 2000-ci ildə keçirilmiş görüşü zamanı çəkilmiş fotoları da sabiq prezidentə verib. Corc Buş göstərdiyi diqqətə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb, Heydər Əliyevlə görüşünə dair xatirələrini bölüşüb.
Xatırladaq ki, Corc Buş ABŞ-ın 41-ci prezidentidir, o, 1989-1993-cü illərdə Ağ Evə rəhbərlik edib. Azərbaycan-ABŞ diplomatik münasibətləri məhz Corc Buş administrasiyası dövründə qurulub və ABŞ tərəfi Bakıda səfirlik açmaq barədə qərar qəbul edib.



Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar